Icma.az
close
up
RU
“Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər də cəzalanmalıdır” MÜZAKİRƏ

“Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər də cəzalanmalıdır” MÜZAKİRƏ

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Xüsusi ilə müasir cəmiyyətdə belə hallara rast gəlməli olmasaq da, təəssüf ki, ölkəmizdə erkən nikahların sayı dayanmadan artır.

Statistikalara nəzər yetirsək, bu cür hallara daha çox bölgələrdə rast gəlmək olduğunu demək olar. Əksər hallarda isə valideynlər övladlarını buna vadar edir, hansısa dəyərlər adı altında onlara təzyiq göstərərək erkən nikaha sövq edirlər.

Bu cür hallar gündəmə gələn kimi aidiyyəti qurumlar reaksiya verərək lazımi tədbirlər görsələr də, problemlər yenə də səngimək bilmir, əksinə, get-gedə daha çox artır.

Erkən yaşda evləndirilən uşaqlar, eyni zamanda təhsildən də kənar qalırlar. Bu isə onlara ikiqat bədbəxtlik gətirir. Həmin ailələrdə açıq-aydın qızları başından etmək üçün onu tez ərə verirlər.

Lap “Böyük dayaq” filmində lap Rüstəm kişinin dediyi söz kimi, “Qız ki, kəkil çıxartdı, gərək birinə verib başından rədd edəsən”.  Təəssüf ki, bəzi ailələr qız övladarı ilə tam da bu prinsiplə rəftar edir.

Belə məqamda isə sual edilir:

Erkən nikah problemləri niyə bitmir?

Bunun qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?

Bu cür halların azaldılması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Gununsesi.info– ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, erkən nikahla bağlı məsələ həqiqətən də cəmiyyətimizin ağrılı problemidir:


“Burda iki nüans önə çıxır. Birinci növbədə demək olar ki, bu cür hallar, əsasən, yoxsul ailələrdə baş verir. Qız övladından qurtulmaq üçün ailələr bəzən bu yolu seçirlər. Sosial problem olaraq bəzi məsələlər çözülməlidir ki, bu uşaq ailə üçün yükə çevrilməsin. Xüsusilə də qız uşağı. Müəyyən bir yaşdan sonra onu hansısa bir qoruma instinkti, sadəcə özündən ailəyə ötürməklə problemi yüngülləşdirmə halları cəmiyyətdə daha çox gözə çarpır. Ona görə də bu uşaqların həyatının məhv edilməsi, onların qurban verilməsi kimi anlaşılmalıdır. Buna yol vermək olmaz”.

Millət vəkili qeyd edib ki, bütövlükdə erkən nikah məsələsində cəmiyyətin maarifləndirilməsi məsələsi çox aktiv şəkildə aparılmalıdır:

“Qanunvericilikdə cəzaların sərtləşdirilməsi normaldır. Buna müəyyən dərəcədə daha ciddi əməl olunması lazımdır, amma bu fakt baş verəndən sonra, bir həyatı geriyə çevirmək mümkün olmur. Bu isə təkcə qanunla həll olunası məsələ olmadığını göstərir. Buna cəmiyyətin bütövlükdə reaksiya verməsi, ictimai qınaq lazımdır. Biz artıq elə bir cəmiyyətə yönəlməliyik ki, hər ailənin, hər insanın problemi, qayğısı ilə maraqlana biləcək mexanizm ortada olsun. Bu mexanizm olmadıqca, hər kəs bu məsələyə özünün həll elədiyi məsələ kimi baxacağıqsa, özləri də köntöy formada insan taleyini həll edəcəklər. Yəni, lisenziya vermədiyin bir həkimin, yaxud hər hansı bir sahənin mütəxəssisi kimi özünü təqdim edən şəxslərin vurduğu zərər kimi olacaq. Ailə həyatı da budur. Dövlət bütövlükdə bu prosesin içində bir mexanizmi hərəkətə gətirməlidir ki, diqqətdən kənar ailə qalmasın. 8 -10 milyon arası əhalinin bu problemi Çindəki problem deyil ki, milyardlarla insan haqqında düşünəsən. Halbuki orada bu milyardlarla insanın kartotekası, həyat sistemi dövlət tərəfindən, cəmiyyət tərəfindən müşahidə olunur, ona dəstək verilir, hər hansı bir mexanizmlər öz işini görür”.

Fazil Mustafa bildirib ki, bələdiyyə infrastrukturunun qurulmaması da bu problemə böyük zərbə vurur:

“Konkret yerdə bu işi görə biləcək əsas qurum yerli idarə qurumudur. O yoxdursa, ailə ilə maraqlanmaq təkcə bir dövlət komitəsinin gücündə deyil. Onun vəsaiti ilə bunu etmək mümkün deyil. O, ancaq təbliğat apara bilər, fərdi qaydada müraciətlər olanda 5-10 məsələnin həllinə köməklik göstərə bilər, amma qlobal maştabda ailə, uşaq problemlərini, qadın problemlərini, məktəb, təhsil problemlərini həll etmək mümkün deyil. Bir də təhsilin səviyyəsinin xeyli deformasiyaya uğraması, aradan təhsil anlayışının qalxması, məktəblə ev əlaqəsinin pozulması da buna öz təsirini göstərir. Məktəbin cəlbedici olmaması, məktəbin bir tərbiyə, təlim mühiti kimi içdən insanları bağlayan bir mexanizmə sahib olmaması da burda öz təsirini göstərir. Yəni kompleks təsirləri biz görürük və bu bir faciənin önlənməsi üçün lazımi addımları indidən atmalıyıq”.

Millət vəkili həmçinin vurğulayıb ki, müstəqillik dövründə bu addımların atıla bilməməsi bizim üçün bir utancverici bir şeydir:

“Türkiyədə bunu anlamaq olar. Orada aşirət, köy sistemi var. İnsanlar arasında tayfa əlaqələri aktualdır. Azərbaycanda isə bu sistem yoxdur. Çox məhdud səviyyədə hər hansı bir kənddə ola bilər. Ancaq artıq sovet rejimi dövründə bu əlaqələr bir az fərqli şəkildə dəyişib. Dəyişibsə, onda niyə biz bundan istifadə edib cəmiyyətin sağlamlaşmasına yönəldə bilmirik? Artıq bu suala cəmiyyətin düşünən adamları, aydınları, sosioloqları cavab tapmalıdır”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Millət vəkili Hicran Hüseynova bildirib ki, Milli qanunvericilikdə (Ailə Məcəlləsi, 58.2 maddə-red.) valideynlərin uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları qeyd olunur:

“Valideynlik hüquqlarını həyata keçirərkən, uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bununla bağlı da hüquqi baza mövcuddur. Digər tərəfdən, bu uşaqlar həm də məktəblidirlər. Uşağın dərsə davamiyyəti, hazırlıq səviyyəsi, psixoloji durumu müəllimin, məktəb psixoloqunun diqqətində olmalıdır. Biz dəfələrlə bu məsələni səsləndiririk ki, məktəb psixoloqlarının sayının artırılmasına, onların bilik və bacarıqlarının yüksəldilməsinə ehtiyac vardır”.

Komitə sədri qeyd edib ki, zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha gücləndirilib:

“Qeyd edim ki, müvafiq dövlət qurumları bir çox layihələr həyata keçirirlər, maarifləndirmə və məlumatlandırma işləri aparırlar. Bilirsiniz ki, hər bir İcra Hakimiyyəti nəzdində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları var, onların hüquqi bazası yaradıldı. Artıq məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizmi yaradıldı, zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha gücləndirildi. Eyni zamanda, dövlət proqramları və Fəaliyyət Planları çərçivəsində hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yerinə yetirir. Vətəndaş cəmiyyəti və KİV bu mövzu ilə bağlı çevik reaksiyalar verirlər. Lakin ictimai qınaq daha çox olmalıdır”.

Hicran Hüseynova qeyd edir ki, bu işlərin daha da gücləndirilməsinə, xüsusi ilə bölgələrimizdə gücləndirilməsinə ehtiyac var:

“Qiymətləndirilmələr, təhlillər aparılmalıdır. Bilirsiniz, biz bu stereotipləri qırmalıyıq. Qız övladına münasibət dəyişməlidir. Valideynlərlə çox ünsiyyətdə olmaq lazımdır. Mütəxəssislər vasitəsi ilə onlara həm sosial, tibbi, həm də dini aspektlərdən izah edilməlidir ki, övladını erkən nikaha məcbur etmək hansı problemləri yaradır. 2011-ci ildə millət vəkili olan Respublikanın Birinci vitse –prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ailə Məcəlləsinə dəyişiklik edərək nikah yaşı qadınlar və kişilər üçün 18 müəyyən edildi. Bu, o zaman üçün çox mühüm dəyişiklik oldu. Qanunvericilikdə qeyd olunur ki, obyektiv səbəblər olduğu halda nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldıla bilər. Eyni zamanda, nikaha məcbur etmə ilə bağlı Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər olundu. 14 il bundan əvvəl həm Ailə, həm də Cinayət Məcəlləsinə edilən dəyişiklik öz müsbət nəticələrini verdi. Lakin erkən nikah problemi yenə də aktualdır. Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu həmin qızın sağlamlığına, fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə ifadə etməsinə bir sıra problemlər yaradır, fəsadları üzə çıxır. Bütün bunlar müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Bu ailələrin böyük hissəsi uğursuz olur. Və əlbəttə ki, boşanma halları olduqda risklər artır. Çünki qızın heç bir savadı, təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də bu şəxsə arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdıra bilmirlər. Bəzən də olur ki, bu cür şəxslər cinayətkar insanların təsiri altına düşə bilirlər. Yaş azlığı, təcrübəsizlik və məlumatsızlıqdan onlar hətta insan alverinin qurbanı ola bilərlər. Və dəfələrlə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq mövzu ilə bağlı ictimai dinləmələr keçirmişik, müzakirələr aparmışıq, təkliflər vermişik”.

Millət vəkili vurğulayıb ki, 2024-cü ildə Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi:

“Dəyişikliyə əsasən, nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilib, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyət müəyyən olunur. Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur”.

Hicran Hüseynova onu da bildirib ki, bu il İnzibati Xətalar Məcəlləsinə yeni bir maddə daxil ediləcək:

“Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddə daxil edilmişdir. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutan 189-2 və 189-3-cü maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır. Bu dəyişikliklər bu ilin iyul ayında qüvvəyə minəcək və güman edirik ki, bu həm valideynləri həm də ki, erkən yaşda qız uşaqları ilə evlənməyə cəhd edən insanları və buna rəvac verən digər strukturları bir daha məsuliyyətə cəlb olunması üçün çox yaxşı bir dəyişiklikdir”.

Millət vəkili Razi Nurullayev bildirib ki, erkən nikahın ən ciddi səbəblərindən biri cahilliklə bağlıdır:

“Cahil insanlar öz övladlarını tez bir zamanda ərə verməklə, sanki ondan qurtulmaq yolunu tuturlar. Yaxud da, elə valideynlər olur ki, hər hansı ailə ilə qohum olmaq istəyir və o ailəyə elçi düşür. Burada hər iki tərəfin günahı var. Düşünürəm ki, bu, həddi-büluğa çatmamış, yəni ki, qanunla qadağan olunmuş yaşda qız uşaqlarına elçi gedən tərəfin də ciddi məsuliyyətidir. Bunu da mən cahillik sayıram. Yetkinlik yaşına çatmayan qızını tez ərə verərərk başından edən valideyni də anlaya bilmirəm. Hər iki tərəfi şiddətli şəkildə qınayıram”.

Razi Nurrullayev qeyd edib ki, qanunvericiliklə bağlı, əslində, bütün addımlar atılıb:

“Söhbət burda qanundan getmir. Qanunun tətbiqindən gedir. Xeyli də bu cür hadisələrin qarşısı alınıb. Kimsə yetkinlik yaşına çatmayan qızla evlənibsə, artıq şadlıq sarayı belə məsuliyyət daşıyır. Yəni, dövlət bununla bağlı olan bütün addımları atıb. Hüquq -mühafizə orqanları da bu məsələlərə göz yummurlar. Amma yenə də kimlərsə gizli yollardan istifadə edib evlənirlər”.

Deputat hesab edir ki, xüsusən bu kənd yerlərində baş verir və qız uşaqları təhsildən yayındırılır:

“14-15 yaşında qız da artıq düşünür ki, mən oxumayacamsa, professor olmayacam, sənətim yox, təhsilim yox. Bu adam artıq nə haqda düşünsün? Ancaq cehiz və evlənmək haqqında düşünür. İstəyir ki, ev-eşiyi, gözəl qazancı olan ağ atlı oğlan gəlsin. Azərbaycan, türk seriallarında gördüyü həyata nəsib olmaq istəyir. Hərçənd ki, seriallarda olan həyat heç ən zəngin insanların da həyatında yoxdur. Hər bir kəsin özünə görə problemi var. Filmlərdə olan həyat real həyatda yoxdur. Təəssüflər olsun ki, seriallarda görülən həyat gənc qızların başını döndərməyə nail olub”.

Tanınmış sosioloq Lalə Mehralı qeyd edib ki, Azərbaycan qanunverciliyinə əsasən nikah yaşına (18) çatmayan şəxsin evləndirilməsinə yol verilmir, bunun baş tutduğu hallarda cinayət işi açılır:

“Bəzən valideynlər müxtəlif qanunsuz yollarla məsuliyyətdən yaxa qurtarır, azadlıqdan məhrumetmə cəzası da yüngülləşdirilir. Belə hallar digər valideynlərə çox pis nümunə olur. Valideynlər məsuliyyətdən kənarda qalacaqlarını zənn edərək övladlarını uşaq yaşda gəlin edərək bədbəxt edirlər. Ona görə bu cür neqativ hallara qarşı da mübarizə aparılmalıdır”.

Sosioloq bildirib ki, qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir:

“Hər bir vəzifə sahibi, məmur öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır. Uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Erkən evləndirilən gənclərin psixoloji durumu sonrakı həyatında problem yarada bilər. Bu problemlər müxtəlif formalarda təzahür edə bilir. Erkən evləndirilən gənclər gənclik çağını keçdikdən sonra bunun bir ötəri hiss olduğunu düşünə bilər, ailəsindən soyuya bilər, vaxtından əvvəl yaranmış ailə ağırlığından, məsuliyyətindən bezə bilər. O, bu problemlərdən uzaqlaşmaq üçün öz subay həmyaşıdları kimi macəra axtarışı düşüncəsində ola bilər”.

Lalə Mehralı qeyd edib ki, evliliyə, ailə həyatına hazır olmayan 13-15 yaşlı qızlar bunu travma kimi qəbul edir:

“Təbii ki, həm fizioloji, həm də psixoloji baxımdan tam formalaşmamış bir gəncin ailə qurması düzgün deyil. Erkən evlilik onun həyatından və psixologiyasında bərpası mümkün olmayan izlər buraxır. Problemin qarşısının alınmasına məsul orqanlar maarifləndirici tədbirləri ev-ev, qapı-qapı gəzərək həyata keçirməlidir. İnsanları məlumatlandırmaq vacibdir ki, hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər”.

Günel Həsənova
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see189

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see178

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see131

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see111

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri