Icma.az
close
up
RU
Yatan nəhəng oyandı: Naməlum sahibkar 11 il sonra 138 dəfə bahalaşan Bitcoin ləri köçürdü

Yatan nəhəng oyandı: Naməlum sahibkar 11 il sonra 138 dəfə bahalaşan Bitcoin ləri köçürdü

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Naməlum sahibkar uzun illər toxunulmamış hesabındakı 1 000 BTC-ni (təxminən 116 milyon dollar) 11 ildən sonra ilk dəfə hərəkətə keçirib.

Oxu.Az bu barədə RBK-ya istinadən xəbər yayıb.

Məlumata görə, köçürmə 17 sentyabr gecəsi üç tranzaksasiyası ilə həyata keçirilib. Hesab sahibi həmin "Bitcoin"ləri 2014-cü ilin yanvarında, 1 BTC = 840 dollar olduğu vaxt əldə edib. O zaman aktivlərin ümumi dəyəri cəmi 836 min dollar idi - bugünkü qiymətləndirmədən 138 dəfə az.

Hesabda yalnız 0.00066 BTC (təxminən 77 dollar) qalıb. Beləliklə, kurs artımından əldə olunan ümumi gəlir 115,9 milyon dolları keçib.

Qeyd edək ki, bu, son aylarda "oyanan" köhnə "Bitcoin" hesablarından yalnız biridir.

İyul ayında 2011-ci ildən bəri toxunulmamış və üzərində 80 000 BTC (9 milyard dollardan çox) saxlanılan hesablar hərəkətə gətirilmiş, pullar "Galaxy Digital" vasitəsilə satılmışdı.

Elə həmin dövrdə 2010-cu ildən qalan və 0,15 dollardan alınmış "Bitcoin"lər də (ümumi 30 milyon dollar dəyərində) çıxarılmışdı.

Ötən həftə isə 2012-ci ildən bəri toxunulmamış 444 BTC (50 milyon dollardan çox) hərəkətə gətirilib.

Kripto-ekspertlər hesab edirlər ki, belə köhnə hesabların aktivləşməsi bazarda satış təzyiqini artıra bilər. Lakin eyni zamanda bu, uzunmüddətli investorların mövqelərinin gücünü də nümayiş etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Sentyabr 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri