Bakıda naməlum şəxs parkda yatan sahibsiz pişiyin DƏRİSİNİ SOYUB
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Binəqədi rayonunda naməlum şəxs parkda olan pişiyə işgəncə verərək onun dərisini soyub.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, 9-cu mikrorayonda, "Zeytunlar bağı" deyilən ərazidə naməlum şəxs sahibsiz pişiklərə hücum edib və yeni balalamış pişiyin dərisini soyub.
Bakıda naməlum şəxs parkda yatan sahibsiz pişiyin DƏRİSİNİ SOYUB
"Dünən saat 10-11 radələrində biz heyvanları yemləyib gedərkən həmin naməlum şəxs heyvanlara zərər verəcəyi ilə bizi hədələdi. Biz ondan polisə şikayət edəcəyimizi bildirdik. O isə bizə dedi ki, ərazidə kamera yoxdur, sübutunuz yoxdur. Polis mənə nə edəcək? Dünən gecə biz getdikdən sonra həmin adam gəlib balaları ilə yatmış pişiyi bıçaq və qayçı ilə zərbələr endirərək öldürüb və üçkünc formada pişiyin dərisini soyub", - deyə heyvansevər bildirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, heyvanlara qarşı rəhmsiz rəftar edən şəxsin müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbirin görülməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 24 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















