Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Yataqxanada qadınlar arasında dava TƏFƏRRÜAT

Yataqxanada qadınlar arasında dava TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Əsmər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Fidana (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri,  5-ci mikrorayonda 2024-cü il avqustun 22-də baş verib. Əsmər yaşadığı mənzilin önündə dəhlizdə qonşusu Fidan ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun saçlarından tutaraq başını aşağıya əyib. Onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fidan onlarla qonşuluqda yaşayır, onunla əvvəllər hər hansı ədavət və ya düşmənçiliyi olmayıb: “Məlum hadisə baş verən günü, saat 20 radələrində işdən evə gəldikdən sonra bacım Səmayə bildirdi ki, Fidanla qardaşı qızı Zəminə həmin gün həyətdə onu saxlayıb, guya onun Fidana kinayəli ifadə işlətməsi səbəbi ilə irad bildirib. Həmçinin həmin vaxt Fidan bacıma qarşı nalayiq ifadə işlədib. Bu səbəbdən əsəbləşərək söhbət etmək üçün Fidangilin yaşadığı mənzilə gedərək qapını döydüm. Qapını Fidan özü açdı. Fidandan bacıma qarşı nalayiq ifadə işlədib-işlətmədiyini soruşdum. Fidan mənimlə kobud formada danışdı. Bu zaman əsəbləşərək Fidanın saçlarından tutub başını aşağıya doğru əydim, sifət nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Fidanın səsinə qardaşı qızı Zəminə də qapıya gəlib: “Fidan mənim barəmdə polisə şikayət edəcəyini dedikdən sonra onu buraxaraq evimə geri qayıtdım. Sonradan məlumatım oldu ki, Fidan barəmdə polisə şikayət edib. Həmin münaqişə Fidangilin yaşadığı mənzilin giriş qapısının önündə baş verib və 2 dəqiqə davam edib. Baş vermiş həmin münaqişə zamanı orada mən, Fidan və qardaşı qızı Zəminədən başqa hər hansı şəxs olmayıb. Əməlimdən peşmanam, zərərçəkmiş şəxsdən etdiyim hərəkətə görə bir daha üzr istəyirəm.  Zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm”.
İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, Səmayə onunla eyni yataqxanada yaşayır: “Səmayə bir neçə dəfə məhəllədə yanımdan ötüb keçərkən mənə qarşı kinayəli ifadələr işlədib. Avqustun 22-də, saat 20 radələrində qardaşım qızı Zəminə ilə marketdən gələrkən həyətdə Səmayə ilə rastlaşdım. Qardaşım qızı Zəminə ilə qərara gəldik ki, Səmayə ilə söhbət edərək bir daha xoşagəlməz hərəkətlərə yol verməməsini bildirək. Mən Səmayəyə irad bildirdim, belə xoşagəlməz hərəkətlərə yol verməməsini bildirsək də, Səmayə bizə məhəl qoymadı. Mənim ünvanıma lüzumsuz ifadələr işlətdi. Daha sonra biz yolumuza davam edərək yaşadığımız evə gəldik”. 
Zərərçəkmiş qeyd edib ki, təxminən 20 dəqiqə sonra mənzilinin qapısının döyülməsini eşidib və açdıqda Səmayənin bacısı Əsmərin gəldiyini görüb: “Əsmər bizimlə mübahisə edərək guya onun bacısı Səmayəyə qarşı nalayiq ifadə işlətdiyimi bildirdi. mən Səmayəyə belə bir söz demədiyimi söylədim. Əsmər saçlarımdan tutaraq başımı aşağıya doğru əydi, sifət nahiyəmə bir dəfə yumruq zərbəsi ilə vurdu. Mənim sifət nahiyəmdən qan axmağa başladı. Həmçinin həmin vaxt onun əlindən çıxmaq istədikdə sol qol nahiyəm divara çırpıldı. Nəticədə həmin nahiyəmdən də xəsarət aldım. Mən Əsmərin barəsində polisə şikayət edəcəyimi bildirdim. Bu səbəbdən Əsmər evimdən getdi. Zəminə mənə köməklik edərək qanı saxlamağa çalışdı. Sonra hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Əsmərin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri