Icma.az
close
up
RU
Qadınlar arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qadınlar arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərində iki qadın arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə şəhərin 76-cı məhəllədə yerləşən 5 nömrəli yataqxanada baş verib.

1980-ci il təvəllüdlü Səidə Səlimova yataqxananın 4-cü mərtəbəsində yerləşən ümumi dəhlizdə şəxsi münasibətlər zəminin yaranmış mübahisə zamanı qonşusu İlhamə Nizamovanın (ad-soyad şərti verilib – red.) sol əlinin baş barmağından tutaraq burub, onun sol əlin 1-ci barmağını sındırıb.

Səlimovanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Səlimova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 18 ildir İlhamə ilə eyni yataqxanada, 4-cü mərtəbədə qonşudur və aralarında heç bir ədavət, düşmənçilik yoxdur: “Məlum hadisə günü, saat təxminən 17 radələrində yaşadığım yataqxananın dəhlizində olan zaman İlhamə dəhlizdə otağımın qapısının qarşısına qoyduğum ayaqqabı dolabını yerə aşırtdı və onun gediş-gəlişinə mane olduğunu bildirdi. Buna görə aramızda mübahisə yarandı. İlhamə nalayiq söyüşlərlə məni söydüş. Onun hərəkətlərindən əsəbləşdim və sol əlindən tutaraq burdum, sonra onu kənara itələdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt İlhamə sol əlinin baş barmağından xəsarət alıb və yerə yıxılıb: “Ona fikir verməyərək öz otağıma keçdim. Sonradan isə öyrəndim ki, İlhamə məndən polisə şikayət edib. Etdiyim əməldən peşmanam. Hadisədən bir neçə gün sonra İlhaməyə xəsarət aldığı sol əlinin baş barmağını müalicə etdirməsi üçün 22 manat vermişəm. Daha sonra dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, mənimlə barışmayıb”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Səlimova 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsin yaşayış yerini cəzaçəkmə müəddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri ərazisini tərk etməsi qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Həmçinin Səlimovanın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Mart 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri