Icma.az
close
up
RU
Yatmazdan əvvəl bu 5 qidanı əsla yeməyin Reflüks, yuxusuzluq və həzm problemləri

Yatmazdan əvvəl bu 5 qidanı əsla yeməyin Reflüks, yuxusuzluq və həzm problemləri

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Yuxu keyfiyyəti həyat keyfiyyətinə birbaşa təsir edir. Gecə saatlarında qəbul edilən bəzi qidalar mədə yanması, reflüks, gecə oyanmaları və səhər yorğunluğuna səbəb ola bilər.
Milli.Az Doktor Portakalın araşdırmasına əsasən, yatmazdan əvvəl uzaq durmalı olduğunuz 5 əsas qida qrupunu təqdim edir.

Acı bibər və bol ədviyyatlı yeməklər mədə turşusunun ifrazını artırır. Acı bibərdəki kapsaisin maddəsi mədə və yemək borusu arasındakı qapağı zəiflədir. Uzanmış vəziyyətdə mədə turşusu yemək borusuna qaçır (reflüks), bu da boğaz yanması və öskürəyə səbəb olaraq yuxunu pozur.

Tort, peçenye və dondurma kimi şəkərli qidalar qan şəkərində "domino effekti" yaradır. Şəkər qəfil yüksəlir, sonra isə sürətlə düşür. Bu zaman bədən həyəcan siqnalı verərək kortizol və adrenalin hormonlarını ifraz edir. Gecə yarısı ürəkdöyünmə və tər içində oyanma, səhər isə həddindən artıq yorğunluq hissi.

Yüksək qlisemik indeksə malik olan qarğıdalı lopaları və ağ çörək bədən tərəfindən çox sürətlə həzm olunur. Toxluq hissi qısa sürür və siz yuxuya getməyə çalışarkən bədən yenidən aclıq böhranı keçirir. Bu da yuxunun bölünməsinə səbəb olur.

Qızartmalar və Yağlı Yeməklər - Kartof qızartması, çips, pizza və fast-food həzm sistemi üçün ağır yükdür. Yağların tam həzm olunması 4-6 saat çəkir. Bədən gecə boyu özünü bərpa etmək əvəzinə, bütün enerjisini həzmə sərf edir. Bu, həm reflüks riskini 40% artırır, həm də boy hormonunun ifrazını azaldır.

Xüsusilə tünd (bitter) şokolad həm kafein, həm də teobromin maddəsi ilə zəngindir. 100 qram tünd şokoladda demək olar ki, bir fincan kofedəki qədər kafein var. Kafein bədəndə 5-6 saat qalır. Saat 21:00-da yediyiniz şokolad gecə saat 02:00-da hələ də qanınızda aktiv olur və dərin yuxuya getməyə mane olur.

Gecə saat 23:00-dan 03:00-a qədər boy hormonu ən yüksək səviyyəyə çatır. Bu hormon hüceyrələri yeniləyir və piyləri yandırır. Lakin ağır yemək yedikdə bu hormonun ifrazı 50% azalır.

Əgər gecə mütləq nəsə yemək istəyirsinizsə, tərkibində triptofan və maqnezium olan bu qidalara üstünlük verin:

Badam: Maqneziumla zəngindir, əzələləri sakitləşdirir. Qatıq: Kalsium sayəsində yuxuya keçidi asanlaşdırır. Banan: Təbii sakitləşdiricidir. Çobanyastığı çayı: Rahatladıcı təsir göstərir.

Yuxu keyfiyyətinizi qorumaq üçün axşam yeməyini yatmazdan ən az 3 saat əvvəl bitirin.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Dekabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri