Icma.az
close
up
RU
Yatmazdan əvvəl ekran qarşısında vaxt keçirmək yuxu keyfiyyətini azaldır

Yatmazdan əvvəl ekran qarşısında vaxt keçirmək yuxu keyfiyyətini azaldır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yatmadan əvvəl yataqda ekran qarşısında vaxt keçirən insanların yuxusuzluq və yuxu itkisinə daha çox məruz qaldığı müəyyən edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Norveçdə aparılan və 18-28 yaş arası 45.200-dən çox tələbənin iştirak etdiyi araşdırmada, yatmazdan əvvəl yataqda ekran qarşısında qalma müddəti ilə yuxu rejimi arasındakı əlaqə şübhə altına alınıb.

İştirakçılardan filmlərə baxmaq, sosial mediadan istifadə etmək, internetdə axtarış etmək və oyun oynamaq da daxil olmaqla yatdıqdan sonra ekran vaxtı ilə məşğul olduqları fəaliyyətləri müəyyən etmələri istənilib.

Araşdırmalar nəticəsində yatmazdan əvvəl yataqda ekrana baxaraq vaxt keçirənlərin yuxusuzluq və yuxu itkisi riskinin daha çox olduğu müəyyən edilib.

Məlum olub ki, yataqda və ekran qarşısında keçirilən hər saat “yuxusuzluq riskinin 59 faiz artması və 24 dəqiqə daha az yuxu ilə əlaqələndirilir”.

Norveç Xalq Sağlamlığı İnstitutundan Dr. Gunnhild Cnson Hjetlandın rəhbərlik etdiyi araşdırmanın təfərrüatları dünən "Frontiers" beynəlxalq elmi jurnalında dərc olunub.

"ResMed UK"dən yuxu klinisti Coşua Piper BBC-yə bildirib ki, tədqiqat “elektron cihazdan istifadənin yuxuya mənfi təsir etdiyinə dair qiymətli, artan sübutlar” təqdim edib.

"Cihazdan istifadə yuxunuzun həm imkanını, həm də keyfiyyətini əldən alır, buna görə də bəziləri yuxuya getməkdə çətinlik çəkir, digərləri isə yuxu azlığı çətinliyi çəkirlər", - deyə Piper qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Aprel 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri