Icma.az
close
up
RU
Yaxın gələcəkdə süni intellekt hansı peşələri əlimizdən alacaq? AÇIQLAMA

Yaxın gələcəkdə süni intellekt hansı peşələri əlimizdən alacaq? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Süni intellektin sürətlə inkişafı bir çox peşələrin gələcəyini dəyişmək üzrədir. Xüsusilə təkrarlanan və qaydalara əsaslanan işlər — məsələn, məlumatların daxil edilməsi, mühasibatlıq, müştəri xidmətləri və çağrı mərkəzləri — yaxın illərdə avtomatlaşdırılaraq insan əməyinə olan tələbatı azalda bilər. Bu texnologiyalar həm də sənaye, nəqliyyat və logistika sahələrində operativlik və səmərəliliyi artırmaq məqsədilə geniş tətbiq olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib. 
"Eyni zamanda, yaradıcı sahələrdə də süni intellektin təsiri hiss olunmağa başlayıb. Kontent yazarlığı, dizayn və ilkin hüquqi təhlil kimi işlərdə generativ modellərdən istifadə edilir. Bu, əsasən standart və şablon yanaşmalarla işləyən mütəxəssisləri əvəz edə bilər. Startaplar və korporasiyalar artıq bu texnologiyalardan istifadə edərək xərcləri azaltmaq və sürəti artırmaq üçün ciddi addımlar atırlar.
Bu tendensiya peşə seçimi və kadr hazırlığı strategiyalarını dəyişdirməyi zəruri edir. Gənclər artıq yalnız texniki biliklərlə deyil, analitik düşüncə, emosional zəka və yaradıcılıq kimi insana xas bacarıqlarla da təchiz olunmalıdır. Süni intellektin yaratdığı təhdidlərə qarşı dayanıqlı olmaq üçün insan resurslarının innovasiya və çevikliyə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır".

Mütəxəssis bildirib ki, süni intellekt hazırda heç bir peşəni tam əldən ala bilməz, sadəcə təsir edə bilər:
"Çünki hal-hazırda heç bir işi özü tək başına görə bilmir. Son nəticədə hər zaman insan faktoru rol oynayır. Daha sonrakı illərdə yavaş-yavaş peşələr insanların əlindən çıxa bilər. Məsələn, bu gün süni intellektin ən yaxşı bacardığı iş analitik, kontent, korrektə işləridir. Bunlarda son nəticəni insanlar müəyyən edir. Ancaq bir redaksiyada 10 nəfər işləyirdisə, sayı 3-ə enəcək. Bu o deməkdir ki, süni intellekt işçi sayının azalmasına və bir nəfərin işinin səmərəliliyinin artmasına xidmət edir. Hələ bir neçə il süni intellekt peşələri insanlardan ala bilməyəcək, çünki insiyativi yoxdur və bəzən verilən tapşırıqlardan kənara çıxır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:442
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri