Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oktyabrın ortalarında üç bürcü Venera və Plutonun təsiri altında müsbət dəyişikliklər gözləyir. Əlverişli astroloji dövr 2026-cı il oktyabrın 18-dək davam edəcək.
Modern.az xəbər verir ki, Əqrəb bürcündə retroqrad hərəkət edən Venera başladığınız işləri tamamlamağa və proseslər ləng getsə belə, irəliyə doğru hərəkət etməyə çağırır.
Bundan əlavə, oktyabrın 15-də Pluton Dolça bürcündə düz hərəkətə keçəcək. Bu, həyatın yaxşılaşmasına açar ola biləcək gizli həqiqətləri üzə çıxara bilər.
Əqrəb
Bürcünüzdə retroqrad hərəkət edən Venera, Plutonun Dolça bürcünə keçməsi və Marsın Şir bürcündə olması köhnə problemləri, iş münaqişələrini və gizli münasibət dinamikalarını yenidən gündəmə gətirə bilər.
Sizə hakimiyyət uğrunda mübarizədən çəkinmək, yeni işlərə başlamağa tələsməmək və səbirli olmaq tövsiyə edilir. Çünki bu həftə gələcəkdə əla nəticələr əldə etmək üçün zəmin yaradır.
Şir
Marsın Venera və Plutonla yaratdığı kvadrat aspekt münasibətlərdə gərginliyə və köhnə incikliklərin yenidən üzə çıxmasına səbəb ola bilər. Buna görə də ultimatumlar verməkdən və Venera retroqrad hərəkətdə olduğu müddətdə evdə təmir işlərinə başlamaqdan çəkinmək məsləhətdir.
Evdə qayda-qanun yaratmaq və ya enerjinizi idman məşqləri, bağçılıq kimi fiziki fəaliyyətlərə yönəltmək tövsiyə olunur.
Buğa
Retroqrad Veneranın tərəfdaşlıq evinizdən keçməsi sevgi münasibətlərində problemlərə, hakimiyyət uğrunda mübarizəyə və etimad çətinliklərinə səbəb ola bilər.
Vəziyyəti yaxşılaşdırmağın əsas yolu sakitliyi qorumaq, qərar qəbul edərkən tələsməmək və hər şeyi dərhal düzəltməyə çalışmaq əvəzinə hadisələri müşahidəçi mövqeyindən qiymətləndirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 12 Oktyabr 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















