Yaxın günlərdə “İçərişəhər”dən “Həzi Aslanov”a qatarlar birbaşa gedəcək
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
AZCON Holding şirkətlər qrupuna daxil olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, dalan yolunun yenidən istismara verilməsi ilə əlaqədar yaxın günlərdə “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət ləğv ediləcək. Bununla da “İçərişəhər-Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa olunacaq.
Nəticədə Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
1981-1987-ci illərdə inşa edilmiş yol dalanının konstruksiya izolyasiyası uzunmüddətli istismar, qrunt sularının təsiri və torpaq eroziyası nəticəsində sıradan çıxmış, konstruksiyalar güclü korroziyaya məruz qalmışdı.
Aparılan kompleks yenidənqurma işləri çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 kilometrə yaxın olan dalanın bütün infrastrukturu sökülərək yenidən qurulub. Altı vaqonlu qatarların qəbulunu təmin etmək məqsədilə hər bir yolun uzunluğu 20 metr artırılıb.
Gücləndirmə işləri zamanı qrunt, yağıntı və kommunikasiya xətlərindən daxil olan suların təsirinin qarşısını almaq üçün 1,5-2 metr dərinlikdə məhlulvurma işləri aparılıb. Yan və orta divarlar pilləli şəkildə sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri həyata keçirilib.
Bakı metropoliteni tarixində ilk dəfə tavanın dayanıqlılığını artırmaq məqsədilə xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub. Həmçinin tunel üzlüyünün arxasında inyeksiya üsulu ilə möhkəmləndirmə işləri aparılıb, divar və tavana qoruyucu boya çəkilib.
Yol infrastrukturunun yenilənməsi çərçivəsində döşəmə örtüyü möhkəmləndirilib və yeni yol yatağı salınıb. Taxta şpallar dəmir-beton bloklu, ballast istifadə olunmayan yol konstruksiyaları ilə əvəzlənib. Altı yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb.
Müasir alüminium əsaslı təmas relsinin tətbiqi elektrik enerjisinə qənaət etməyə və texniki xidmət prosesini asanlaşdırmağa imkan verəcək. Bununla yanaşı, rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib. Layihənin həyata keçirilməsi metropolitenin mühüm istismar sahəsinin texniki cəhətdən müasirləşdirilməsinə, sərnişindaşımanın keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsinə, eləcə də infrastrukturun uzunmüddətli istismarının təmin olunmasına xidmət edir.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı əsasında həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















