Icma.az
close
up
RU
Yaxın müddətdə hökumət quru sərhədləri açmaq fikrində deyil RƏYLƏR

Yaxın müddətdə hökumət quru sərhədləri açmaq fikrində deyil RƏYLƏR

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Burada bizim bildiyimiz və bilmədiyimiz, açıqlanmasına lüzum görülməyən məqamlar var


“Sadəcə, yolları açmırıq yazın, bitsin. Bir də açanda yazarsınız ki, açırıq. Həssas insanlar "yenə epidemiya varmı?" deyə soruşurlar”


Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 oktyabr saat 06:00-dək olan dövrü əhatə edib.

Gürcüstanla Azərbaycan arasında dəmir yolu nəqliyyatının, konkret sərnişin qatarlarının hərəkətə başlamasıyla bağlı qonşu ölkənin hökumətinin istəyinə, hər cür canfəşanlığına baxmayaraq, bizim hökumətin karantin rejimini növbəti dəfə uzatdı. Artıq 5 ildir quru sərhədləri qapalıdır. 


İqtisadçı Natiq Cəfərli feysbuk səhifəsində bununla bağlı paylaşım edib və belə yazıb:


 "Formula-1" yarışlarını 2030-cu ilə qədər uzatdılar. "Formula-1" yarışlarının öz azarkeşi var, dünyada 500 mln. insan yarışları izləyir - bunu bilirəm, turizmə, tanıtıma kömək olur - bununla da razıyam, amma quru sərhədləri bağlı saxlayıb turizmi inkişaf etdirmək ideyasını anlamaq mümkün deyil”.


Quru sərhədlərin qapalı qalmasından ölkə iqtisadiyyatı nə qədər itkiyə məruz qalır? 


İqtisadçı Pərviz Heydərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, karantin rejiminin uzadılması gözlənilən idi. Yaxın müddətdə, görünən budur ki, hökumət ölkənin quru sərhədlərini açmaq fikrində deyil: 


- Bu məsələdə iqtisadi amillərdən savayı nəzərdə tutulan siyasi hədəflər də var. Karantin rejiminin uzadılmasına sırf iqtisadi prizmadan yanaşmaq düzgün deyil. İqtisadi inkişafın əsas tələblərindən biri, daha dəqiq desək, iqtisadiyyatın əsas qanunundan biri şəffaflıqdır. Gediş-gəliş, əlaqələr, alış-veriş, vergi və rüsum tətbiqi... tam sərbəst şəkildə olsun. Dünyanın ən inkişaf etmiş ölkələrinə baxsaq, iqtisadiyyat sahəsində bu məhdudiyyətlərin aradan qaldırıldığını, bu məhdudiyyətlərin olmadığını görərik. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu cür məhdudiyyət mövcud deyil. Quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatının inkişafını buxovlayan, iqtisadi artıma əngəl yaradan, qarşılıqlı iqtisadi əlaqələrdə, maliyyə axınında ciddi maneələrdən biri sayılır. Amma yenə də burada siyasi amillər mövcuddur ki, bunun da kökündə təhlükəsizlik dayanır. Hökumətin quru sərhədlərini karantin rejimini uzatmaq yoluyla hələ ki bağlı saxlaması ölkədə ictimai-siyasi sabitliyin təmin olunması baxımından əsas xarakter daşıyır. Burada isə bizim bildiyimiz və bilmədiyimiz, açıqlanmasına lüzum görülməyən məqamlar var. Ölkəmiz ətrafında siyasi baxımdan vəziyyət o qədər də əlverişli deyil. İstər şimal, istərsə də cənub qonşumuzda daxili vəziyyəti, Rusiya-Ukrayna müharibəsi fonunda sərhədlərin bağlı qalması hələ ki vacib hesab edilir. Ona görə də bu qərarı təəccüblə qarşılamağa ehtiyac yoxdur. Görünür, buna zəruri ehtiyac vardır. Bunun əsasında iqtisadi-siyasi-hərbi təhlükəsizliyinin təmin olunması dayanır. Sırf iqtisadi baxımdan yanaşsaq, bəli, iqtisadiyyata ziyandır, iqtisadi inkişaf üçün heç də məqbul vəziyyət sayılmır.  


Əslən Borçalı mahalından olan həkim-pediatr Vaqif Qarayev də sosial şəbəkədə belə bir paylaşım edib:


 “Əslində, məlum qərarda "Koronavirus infeksiyasından qorunmaq üçün........" ifadəsini yazmasanız da olar. Sadəcə, yolları açmırıq yazın, bitsin. Bir də açanda yazarsınız ki, açırıq. Həssas insanlar "yenə epidemiya varmı?" deyə soruşurlar. Yoxdur, rahat olun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri