Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Həkimin diplomu saxtadırsa... RƏYLƏR

Həkimin diplomu saxtadırsa... RƏYLƏR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün saxta diplom problemi də aktual məsələlər sırasındadır. Əgər əvvəllər belə diplomları ölkədə fəaliyyət göstərən bəzi özəl universitetlər verirdisə, indi xaricdən “idxal olunur”. Hər il yüzlərlə orta məktəb məzunu “xaricdə təhsil” şirkətləri tərəfindən, yaxud özü birbaşa əlaqə quraraq müxtəlif ölkələrdə fəaliyyət göstərən universitetlərə üz tutur və bir çoxu da sonda saxta diplomla qayıdırlar. Son zamanlar diplomsuz, sertifikasiyasız həkimlərlə bağlı məsələlər çox eşidilir. Sözsüz ki, bu, aktual bir mövzudur. Həkimlik bilavasitə insan taleyi ilə bağlıdır. Belə bir deyim var ki, hüquqşünaslar, hakimlər, həkimlər insan taleyi ilə məşğul olur. Ona görə də həkimlərimiz savadlı, təcrübəli olmalıdırlar.

SİA mövzu ilə əlaqədar sosioloqların fikirlərini öyrənib.

Sosioloq Mətanət Məmmədova: "Cəmiyyətin hər bir üzvünün saxta diplomla fəaliyyət göstərən həkimlərə münasibəti heç də yaxşı olmayacaq. Çünki hər birimizin sağlamlığı birbaşa həkimlərdən asılıdır. Həkimlərin diplomları saxtadırsa, o sahə üzrə təhsil almayıbsa və o cümlədən təhsilin yuxarı pillələrində oxumayıbsa, bizim sağlamlığımız bir tükdən asılı qalacaq.

Bu yaxınlarda, həmkarım Qənirə Ataşovanın müəyyənləşdirib mediaya təqdim etdiyi siyahıda 50-yə yaxın diplomu olmayan həkimlərin siyahısı verilib. Səhiyyə Nazirliyi tərəfindən də bu araşdırıldı. Müəyyən oldu ki, həmin həkimlər 4-5 həftəlik kurs keçdiyi sertifikat əsasında fəaliyyət göstərib. Bu o deməkdir ki, Səhiyyə Nazirliyi də öz işinə məsuliyyətlə yanaşmayıb. İllərlə fəaliyyət göstərən saxta həkimlərin jurnalist tərəfindən aşkar edilməsi o deməkdir ki, belə “həkimlərin” fəaliyyət göstərməsinə Səhiyyə Nazirliyi göz yumub, ya da nəzarəti tam olaraq həyata keçirməyib. Q.Ataşova həmin siyahını tərtib edib, ortaya çıxarmasaydı, Səhiyyə Nazirliyi buna göz yumacaqdı və həmin həkimlər bundan sonra da insanların həyat və sağlamlıqlarını riskə atacaqdılar. Hərçənd, müəyyən qədər ziyan vurublar və vurmaqda da davam edirlər. Hələ səhiyyə ocaqlarında elə “həkimlər”ə rast gəlinir. Düşünürəm ki, bu “həkimlərin” siyahısı daha da uzanacaqdı. Çünki hər gün eşidirik ki, həkimlər insan həyatına son qoyur. Xüsusilə, plastik cərrahiyyə ilə məşğul olan həkimlər insanları doğru-düzgün müalicə edə bilmir, ucuz və keyfiyyətsiz dolğu və botokslardan istifadə edirlər. Nəticədə, pasiyentlər müəyyən problemlərlə qarşılaşırlar.

Digər əməliyyatlarda - xüsusilə doğuş prosesində ölüm halları daha çox baş verir. Bütün bunlar onun göstəticisidir ki, əksər həkimlər öz yerində deyil. Bu da onların tibb savadlarının olmadığıma dəlalət edir. Səhiyyə Nazirliyi buna aydınlıq gətirməlidir, öncə özü haqqında tədbir görməlidir, baxışlarını düzgün istiqamətləndirməlidir ki, ölkədə saxta həkimlər fəaliyyət göstərə bilməsin. Belə bir sual yaranır ki, deməli, Q.Ataşova olmasaydı, bu həkimlərin fəaliyyəti uzun illər davam edəcəkdi. Yaxşı ki, həmkarımız var və nə yaxşı ki, bu məsələni ortaya çıxarıb, Səhiyyə Nazirliyini qəflət yuxusundan oyadıb. Düşünürəm ki, Nazirlik yaxın gələcəkdə öz səhvini düzəldəcək. Nazirlik bütün həkimləri sertifikasiyadan keçirməli, layiq olan öz işində qalmalı, əksinə olanlar isə işindən uzaqlaşdırılmalıdır".

Sosioloq Lalə Mehralı: "O həkimlərin demək olar ki, hamısı ali tibb təhsili olmayan, qonşu ölkələrə, daha çox Türkiyəyə gedib bir neçə yüz manata sertifikat alıb Azərbaycana estetik doktor adı ilə qayıdanlardır. Hər yerdədirlər, hər addımbaşı bir klinika açıblar, virtual platforma bu cür saxta doktorlarla dolub. Cəsarətləri insanı heyrətə salır, tərkibini bilmədikləri gelləri, dərmanları insanlara tətbiq etmək üçün dəli cəsarəti lazımdır adamda, çünki normal tibb təhsili olan həkim bunu etməz.

Vəziyyət o həddədir ki, ibtidai təhsilli makiaj, saç ustaları belə bu cür prosedurlar edirlər. Süni materialları, naməlum maddələri insanların dodağına, burnuna, yanağına yeridərək müqabilində yaxşı pul qazanan bu insanlara nəzarət yoxdur. Əksəriyyəti bir gözəllik salonu açıb orada fəaliyyət göstərir. Qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında müvafiq yoxlamalar aparmır, bu işlə prokurorluq məşğul olur, onlar da şikayət əsasında. Yəni əgər şikayət olunmasa, bu salonlarda qadınların sağlamlığına qəsdən və ağır formada zərər vurma prosesi elə belə də davam edəcək. Yəni doktorlar ölkədə meydan sulayıb at çapırlar, heç bir rəsmi qurumun vecinə deyil.

Bizim Tibb Universitetində kosmetologiya fakultəsi yoxdur, amma ölkədə kosmetoloq sürətlə artır. Qadınlarda da dəli bir cəsarət var ki, gedib bu adamların ixtisaslı kadr olmadığını bilə-bilə prosedur etdirirlər. Sonra da ya üzü, ya dodağı, ya yanaqları çürüyür".

Müəllif: Həmid Əhədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri