Icma.az
close
up
RU
Yaxın müddətdə qiymət artımı qaçılmaz olacaq SƏBƏB

Yaxın müddətdə qiymət artımı qaçılmaz olacaq SƏBƏB

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda pul bazasının həcminin artması iqtisadi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Rəsmi statistikaya görə, ilin əvvəlində bu göstərici nəzərəçarpacaq dərəcədə yüksəlib ki, bu da inflyasiya riskləri və qiymət artımları ilə bağlı narahatlıqları artırır. Mövcud dinamika əhalinin alıcılıq qabiliyyəti və bazarda qiymətlərin gələcək istiqaməti baxımından ciddi suallar yaradır. Maraqlıdır, pul bazasının 341,8 milyon manat artması real sektor və əhalinin gündəlik xərcləri baxımından hansı konkret qiymət artımlarına və inflyasiya risklərinə yol aça bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, pul bazasının artması inflyasiya risklərini daha da gücləndirir.

“Yanvarın 1-dən etibarən Azərbaycanda pul bazası 22 milyard 470 milyon manat olub. Ötən ayın eyni dövrü ilə müqayisədə 341,8 milyon manatlıq artım qeydə alınıb. Bu, pul kütləsinin artdığını göstərir və nəticə etibarilə inflyasiya təzyiqlərinin güclənəcəyindən xəbər verir”, – deyə V.Oruc vurğulayıb.

Onun sözlərinə görə, mövcud göstəricilər qiymət artımlarının davamlı olacağını deməyə əsas verir:

“Pul kütləsinin artması inflyasiyanı sürətləndirir. Bu da o deməkdir ki, yaxın müddətdə qiymət artımları qaçılmazdır. Mərkəzi Bankın açıqladığı bu məlumat digər sahələrdə də bahalaşmanın gözlənildiyini göstərir”.

Qeyd edək ki, pul bazasının həcmi ölkədə maliyyə sabitliyi və inflyasiya proseslərinə birbaşa təsir göstərən əsas makroiqtisadi göstəricilərdən biri hesab olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Yanvar 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri