Icma.az
close
up
RU
Yaxın Şərq problemini 20 bəndlik planla həll etmək real görünmür Tural Gəncəliyev

Yaxın Şərq problemini 20 bəndlik planla həll etmək real görünmür Tural Gəncəliyev

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planını qəbul edib. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən mətbuat konfransında bunu “sivilizasiya tarixində ən böyük günlərdən biri” adlandırıb və Netanyahunun səylərinə görə təşəkkür edib. O, həmçinin bir çox ölkələrlə əməkdaşlıq etdiklərini vurğulayıb.

Sülh planının qəbulundan sonra Yaxın Şərqdə uzunmüddətli sabitlik real görünürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, Qəzza ilə bağlı təqdim olunan sülh planının qəbuluna baxmayaraq, Yaxın Şərqdə uzunmüddətli sabitliyin təmin olunacağı real görünmür.

"Mənim şəxsi qənaətim budur ki, Yaxın Şərq problemi o qədər mürəkkəb və köklü bir düyündür ki, sadəcə 20 bəndlik bir planla bu məsələnin həllini tapmaq real deyil. Əsas səbəblərdən biri ondan ibarətdir ki, beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin dəstəklədiyi “iki dövlət prinsipi” bu plan çərçivəsində açıq və qəti şəkildə ifadə olunmayıb. Fələstin dövlətinin yaradılması məsələsi aydın və konkret şəkildə ortaya qoyulmadan bölgədə davamlı sülhə nail olmaq mümkün deyil. Bu səbəbdən də təqdim olunan sülh planının uğurla həyata keçəcəyi ehtimalına skeptik yanaşmaq üçün ciddi əsaslar var. Digər tərəfdən, beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb ölkələrinin, Avropa İttifaqının və Böyük Yeddilik (G7) dövlətlərinin Fələstin dövlətinin yaradılması ilə bağlı dəstəyi və təzyiqləri getdikcə artır. Artıq bir sıra ölkələr tərəfindən Fələstin dövlətinin rəsmən tanınması baş verib. Belə bir şəraitdə iki dövlət prinsipindən imtina etmək və yalnız Fələstin dövlətinə yer qoymamaq, bölgədəki gərginliyi aradan qaldırmaq əvəzinə, vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bu baxımdan, təqdim olunan sülh planında Fələstin dövlətinin yaradılması və Şərqi Qüdsün onun paytaxtı kimi tanınması məsələsi konkret və açıq şəkildə öz əksini tapmalıdır. Əks halda, bu planın reallığa çevriləcəyinə inanmaq çətindir. Mən bu plana ehtiyatla və skeptik yanaşıram", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri