Yaxın Şərq Sammiti qlobal siyasətdə Azərbaycanın sözünün nə qədər vacib olduğunu nümayiş etdirdi
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni dünya nizamının formalaşdığı hazırkı dövrün əsas çağırışı ədalətə və beynəlxalq hüquqa söykənərək sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Belə bir dünyanın formalaşması Azərbaycanın daim səsləndirdiyi çağırışların əsasında dayanıb. İşğala məruz qalıb 30 il dünya güclərindən ədalətli yanaşma gözləyən Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Yalnız bu halda ədalətli dünyadan danışa bilərik. Lakin isər tarixi Zəfərimizə qədərki, istərsə də postmüharibə dövrünün reallığı budur ki, ədalət və beynəlxalq hüquq maraqların arxasında qalır, ikili yanaşmalar dünyada yeni müharibələrin, qarşudurmaların yaranmasına, mövcud problemlərin həlli prosesinin uzanmasına səbəb olur.
Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından çıxışında bəyan etdiyi kimi, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri bir daha bu reallıqları təsdiqlədi. Dövlətimizin başçısı oktyabrın 13-də Sammitdə iştirak etdi. Azərbaycanın, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstəyini, yüksək dəyərini dövlətimizin başçısına münasibətində aydın şəkildə ifadə edən ABŞ Prezidenti Donald Tramp Sammitdəki çıxışında da Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündən bəhs etdi. “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi?” fikirləri ilə bir daha ölkəmizə, dövlətimizin başçısı İlham Əliyevə səmimi münasibətini, yüksək etimadını nümayiş etdirdi.
Vüqar Rəhimzadə Yaxın Şərq Sülh Sammitində sülh sazişinin imzalanması mərasiminə diqqəti yönəldərək bildirib ki, bu beynəlxalq tədbirdə İsrail-Fələstin münaqişəsinə son qoyulması, Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə olunması kimi məsələlər əsas müzakirə mövzuları oldu. İsrail ilə Fələstin arasındakı münaqişə artıq dünyanı narahat edən elə bir vəziyyətə çatmışdı ki, bunu ABŞ Prezidenti Donald Tramp həll edərək regionda sülhə nail olmaq qərarına gəldi. Sammitdə, həmçinin beynəlxalq nəzarət mexanizmi, terror təşkilatlarının hakimiyyətə buraxılmaması, dağıdılan infrastrukturun bərpası və bunların həyata keçirilməsi üçün xüsusi fondun yaradılması məsələləri müzakirə olundu. Ağ Ev tədbirdən öncə belə bir bəyanatla çıxış etmişdi ki, bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitlik epoxasının əsasını yaradacaq.
Sülh sazişinin imzalanması deyildiyi ki, dönüş nöqtəsi oldu. ABŞ Prezidenti Sammitdəki çıxışında bildirdi ki, bu gün təkcə Yaxın Şərq deyil, dünya üçün inanılmaz gündür. Bugünkü uğur Sammitdə iştirak edən dünya liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi ilə bir araya gəldiyi üçün baş verib. Bu, illərdən bəri əldə edilə bilməyən ən böyük sazişdir. Həmçinin Yaxın Şərq Sammiti çərçivəsində Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalandı. Sammitdə 20-yə yaxın dövlət və hökumət başçıları iştirak etdi. Dövlətimizin başçısı İlham Əliyevin bu Sammitə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən dəvət olunması Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrin, dövlətmizin qlobal siyasətdə söz sahibi olmasının təsdiqidir.
Milli Məclisin deputatı qeyd edib ki, artıq Azərbaycanın hər zaman çağırış etdiyi ədalətli dünyanın formalaşması ideyası reallığa çevrilir. ABŞ Prezidenti Donald Tramp bu ilin avqustunda dövlətimizin başçısı İlham Əliyev ilə görüşündə onun sülh istiqamətində addımlarını təqdir etmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal altında olan torpaqlarını geri qaytarmasını deyil, eyni zamanda, ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident Donald Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi təsadüfi xarakter daşımır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana artan beynəlxalq dəstək göz qabağındadır. Vaşinqton görüşünün uğurlu nəticələri bunun bariz nümunəsidir. Həmin görüş mühüm razılaşmalarla tarixə yazıldı. Vaşinqton Sammiti ümumilikdə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanması oldu. Prezidentlər Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu imzaladılar. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.
Vüqar Rəhimzadə bildirib ki, Vaşinqton Sammiti, onun ardınca keçirilən Yaxın Şərq Sammiti bir daha dünyanın ədalətli, beynəlxalq hüquqa söykənən yanaşmaya böyük ehtiyacı olduğunu təsdiqlədi. Sülhün, təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin inkişafında əsas faktordur. Bunun üçün Azərbaycanın bu istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman qlobal problemlərin həllində birgə səylərin göstərilməsini əsas hədəf kimi qarşıya qoyur. Azərbaycanın qlobal məsələlərin həllində öndə dayandığını dünya liderləri də təsdiqləyirlər. Dövlətimizin başçısının Yaxın Şərq Sammiti çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirməklə bu gün Azərbaycanın sözünün nə qədər önəmli və vacib olduğunu görərik. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində artıq Azərbaycan geosiyasi nüfuzu artan, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

“Kopenhagen sammiti Azərbaycanın qlobal miqyasda önəmini nümayiş etdirdi” Deputat
03 Oktyabr 2025 18:21
Düşənbə sammiti Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirdi
13 Oktyabr 2025 12:10
Yaxın Şərq Sülh Sammiti və Azərbaycan
13 Oktyabr 2025 22:12
COP29 Azərbaycanın nə qədər güclü və etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi
15 Noyabr 2024 16:55
Azərbaycanın Yaxın Şərq siyasəti güclənir ŞƏRH
05 Avqust 2025 16:03