Icma.az
close
up
RU
“Kopenhagen sammiti Azərbaycanın qlobal miqyasda önəmini nümayiş etdirdi” Deputat

“Kopenhagen sammiti Azərbaycanın qlobal miqyasda önəmini nümayiş etdirdi” Deputat

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Avropa Siyasi Birliyinin sammiti kifayət qədər sanballı tədbirdir. Azərbaycan Prezidentinin sammitdə iştirakı da xüsusi diqqət mərkəzində olan siyasi hadisədir. Önəmli məqamlarından biri də ondan ibarətdir ki, Azərbaycan lideri sammit çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirdi və bu görüşlərin əksəriyyəti qarşı tərəfin müraciətləri, istəkləri ilə baş tutdu. Bu, birmənalı olaraq ölkəmizə yönəlik diqqətin bariz nümunəsidir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Kopenhagen sammitində Avropa ölkələrinin liderləri, Avropa İttifaqının rəhbərliyi, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen sülhün nəhayət ki, əldə olunması münasibətilə Prezident İlham Əliyev təbrik etdilər:

“Hər biri onun fərqindədirlər ki, Cənubi Qafqaza sülhün gəlməyinin əsas səbəbkarı Prezident İlham Əliyevdir. Çünki 30 il ərzində həllini tapmayan bir münaqişəni Azərbaycan öz gücü ilə həll etdi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələdə rol oynaya bilmədilər. Cəhdlər olunsa da, vasitəçilik missiyaları mövcud olsa da, nəticə etibarilə Azərbaycan özü bu problemi həll etmiş oldu. Prezident İlham Əliyevlə görüşən və onu bu münasibətlə təbrik edən hər bir dövlət və hökumət başçısı onun fərqindədirlər ki, Azərbaycan Lideri yeni reallıqlar yaradıb və Cənubi Qafqaza yönəlik münasibət İlham Əliyevlə təmasların qurulması ilə mümkündür. Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı ölkəsidir. Bu, Kopenhagen sammitində bir daha göründü. Azərbaycana, onun liderinə münasibət onu göstərir ki, artıq dünyanın qlobal güclərinin diqqət mərkəzində olan bir dövlətə çevrilmişik. Bu da təbii ki, qürurvericidir”.

Fransa və Ermənistan liderləri ilə görüşə diqqət çəkən deputat deyib ki, Paris ilə münasibətlər qaydaya düşəcək kimi görünür: “Təəssüf ki, Makron dönəmində Azərbaycana yönəlik olduqca qeyri-konstruktiv mövqe sərgiləndi. Amma Azərbaycan hər dəfə adekvat olaraq bunun cavabını verdi. Nəhayət, biz sammitdə də gördük ki, Fransa Prezidenti Azərbaycan lideri ilə normal münasibət qurmağa can atır. Eyni zamanda, Ermənistanın Baş naziri ilə də görüş baş tutdu. Görüşün keçirilməsi həm də bir çox məsələlərin yenidən aydınlaşdırılması deməkdir. Bir məsələyə də xüsusi olaraq diqqət yetirmək istəyirəm ki, Ermənistan parlamentində Azərbaycanla sülh sazişi ilə əlaqədar məsələ gündəmə çıxarıldı. Həmin sammit ərəfəsində Ermənistan parlamentindəki dinləmələr, sənəd qəbulu, həm də Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün bir vəsilə oldu. Prezident İlham Əliyev ötən 8 avqust görüşündə də, razılaşmalar əldə olunanda da “Ermənistanın ev tapşırıqları var” fikrini səsləndirmişdi. Görünən bundan ibarətdir ki, artıq Ermənistanın üzərinə götürdüyü öhdəliklər ardıcıl olaraq həyata keçirilməkdədir ki, bu da hər görüşdə müzakirə mövzusudur. İstənilən halda bu cür ikitərəfli təmasların, kommunikasiyanın olması, bizi sülhə bir qədər də yaxınlaşdırır. Bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan tərəf bu gün ölkəmizlə münasibətlərin qurulmasında maraqlı görünür və regionda Azərbaycanla əməkdaşlığın, normal münasibətlərin qurulmasının faydalı olduğunu nəhayət ki, anlayıb”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri