Icma.az
close
up
RU
Yaxın Şərq, yaxın keçmiş: İraq ssenarisi İranda təkrarlana bilərmi?

Yaxın Şərq, yaxın keçmiş: İraq ssenarisi İranda təkrarlana bilərmi?

Azvision saytına istinadən Icma.az xəbər verir.

"The New York Times" qəzeti yazır ki, İran bu məqsədlə artıq hazırlıq işləri görür. O, İraqdakı bazalardan başlayaraq, xüsusən İsrailin əməliyyatına dəstək verən ərəb ölkələrindəki ABŞ hərbi bazalarını hədəfə almaq niyyətindədir. Nəzərə alsaq ki, İran Ordusunun birbaşa Bəhreyn, Qətər və BƏƏ-yə asanlıqla çata bilən raket sistemləri var, bu qaçılmaz addım kimi görünür.
Digər tərəfdən, Vaşinqtonun regiondakı qüvvələri də mümkün zərbələrə qarşı gücləndirilmiş müdafiə rejiminə keçib. Eyni zamanda, ABŞ Avropaya 30-a yaxın tanker təyyarəsi göndərib. Bu təyyarələr həm Tehranın potensial raket hücumuna qarşı müdafiəyə öz töhfəsini verə bilər, həm də İsrailin İran ərazisindəki antinüvə əməliyyatına qoşula bilər.
"Vaşinqton belə bir addım atıb İranın əsas nüvə obyekti sayılan "Fordo"ya aviazərbə endirərsə, Yəməndəki iranyönümlü "Husi" terror təşkilatı Qırmızı dəniz və ətraf sularda gəmilərə qarşı hücumarını daha da artıracaq. İraq və Suriya ərazisindəki iranyönümlü yaraqlılar, şübhəsiz ki, bu ölkələrdə yerləşən ABŞ bazalarına hücum çəkməyə çalışacaqlar", - qəzet özünü İran daxilindəki rəsmi mənbələrinə istinadən yazır.
Əlbəttə, ABŞ təkcə təyyarələrlə yox, dəniz yolu ilə də İrana - Fars körfəzinə girməyə cəhd göstərəcək. İranın bu cəhdin qarşısını almaqdan ötrü Hörmüz boğazını minalaması ehtimalı istisna deyil.
ABŞ-nin birbaşa İran ərazisinə əvvəla havadan, ardınca da mümkün surətdə qurudan hücuma keçəcəyi təqdirdə bu ölkə 2003-cü ildə İraqın üzləşdiyi aqibətlə üzləşə bilər. Maraqlıdır ki, dünən İsrailin müdafiə naziri İsrael Kats İsrail Ordusunun ali rütbəli nümayəndələri ilə keçirdiyi vəziyyəti qiymətləndirmə iclasında bu barədə birbaşa Əli Xameneiyə xəbərdarlıq ünvanlayıb.
"Müharibə cinayətləri törətməkdən, mülki İsrail sakinlərinə raket atmaqdan əl çək. Ey İran diktatoru, (İraqın sabiq lideri - red.) Səddam Hüseynin aqibəti sənin də başına gələcək!".
Məlumat üçün bildirək ki, İranın sabiq lideri Səddam Hüseyn 2003-cü ildə ABŞ-nin İraqı işğalı əsnasında devrilmiş və asılmışdı.
Kats: "Tornado İranı dağıtmaqdadır"
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri