Icma.az
close
up
RU
Professor: İraq ssenarisi İranda təkrar olunur

Professor: İraq ssenarisi İranda təkrar olunur

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“ABŞ iki həftədən sonra İranı vuracaq. Güman edirəm ki, NATO da ona dəstək verəcək. İndi İsrail İranı kifayət qədər zəiflədib. İrana bağlı media və şəxslər fərqli fikirlər səsləndirsələr də, hər şey göz önündədir”.

Bunu “Reytinq” qəzetinə İsrail-İran savaşını şərh edən professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev bildirib ki, artıq Çin də tədricən danışmağa başlasa da, onun prosesə böyük təsiri yoxdur:
“Bəli, İran neftinin az qala 90 faizini Çin alır. Amma onu da nəzərə almaq lazımdır ki, Çindəki sənayenin böyük hissəsi amerikalılara məxsusdur. Odur ki, burada həm də iqtisadi oyun gedir. Hesab edirəm ki, əslində İraq ssenarisi İranda təkrar olunur”.
Professor qeyd edib ki, İran ssenarisində baş rolu İsrail oynayır:
“Bəziləri deyirlər ki, İsrail bu oyunda ABŞ-nın qurbanıdır. Amma bir məqama diqqət etməyimiz lazımdır. İsrail 1948-ci ildə yarandığından bəri apardığı müharibələr nəticəsində torpaq əldə edib, ərazilərini genişləndirib. Bu dəfə də belə olacaq”.
C. Nuriyev əlavə edib ki, İranın İsrailə atdığı raketlərin çoxu İordaniya üzərində vurulur:
“İordaniyada hakimiyyətdə Haşimilərdir, yəni peyğəmbər nəsli. Onlar İrandan gələn təhlükələri zərərləşdirirlər. Ola bilsin, İran Suriya və İraq vasitəsilə də vurulur. Yəni İran müsəlman qardaşlarının hava məkanından hədəfə alınır. Azərbaycan isə açıq elan edib ki, ərazisindən bu məqsədlə istifadəyə imkan verməz. Amma bununla yanaşı bəzi şəxslər deyirlər ki, İrana dəstək verməliyik, bizim qonşumuzdur və s. Səudiyyə Ərəbistanı, Qətər və onlarla digər ölkələr də müsəlmandır. Biz qonşuluq münasibətlərimizi yüksək səviyyədə həyata keçiririk. Eyni zamanda II Qarabağ müharibəsində qonşu İranın davranışlarını da unutmamışıq. Onlar son ana qədər işğalçı Ermənistanın yanında olublar, indi də belədir”.
C. Nuriyev İsrailin İranda mülki obyektləri vurması haqda iddiaları əsassız sayır: “İsrail əsasən hərbi obyektlərə zərbə endirir. Bəzən elan edirlər ki, filan hərbi obyektin ərazisindəki insanlar oranı tərk etsinlər. Amma bəzi şəxslər deyirlər ki, İsrail Təbrizi, Ərdəbili və ya başqa şəhəri vurur. Vurulan yerlər əsasən hərbi obyektlərdir. Əgər İsrail mülki yerləri vursaydı, indiyə qədər 100 minlərlə insan ölərdi. Ancaq İran tərəfinin məlumatına əsasən, itkiləri min nəfərə çatmır.
İkincisi, Azərbaycan prezidenti dünyada gedən prosesləri çox dərindən bilir, dəqiq analiz etmək qabiliyyətinə malikdir. Məhz bu səbəbdən də, təhlükəsizliyə görə Azərbaycan sərhədləri qapalı saxlanılırdı. Odur ki, bəzən mediada sərhədlərin qapalı qalmasına qarşı çıxanların iddialarını ciddi qəbul etmək lazım deyil”.
Professor sonda əlavə edib ki, ABŞ İrana qarşı əməliyyatlara daxil olacaq: “Müharibə oktyabra qədər davam edə və İran ABŞ-nın nəzarətinə keçə bilər. ABŞ buna 1997-ci ildən hazırlaşır”.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri