Icma.az
close
up
RU
Yaxın Şərq yenə barıt qoxuyur

Yaxın Şərq yenə barıt qoxuyur

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyi bir vaxtda beynəlxalq media ABŞ-İran qarşıdurmasının mümkün nəticələrini və bölgədə yaratdığı riskləri diqqətlə izləyir. Xarici medianın yaydığı məlumatlara görə, Hörmüz boğazında ABŞ-a məxsus hərbi helikopterə edilən hücumdan sonra Vaşinqton İrana qarşı yeni hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Tehran bölgədəki Amerika hərbi obyektlərinə və qüvvələrinə zərbələr endirdiyini, həmçinin ABŞ-yə məxsus pilotsuz uçuş aparatını vurduğunu bəyan edib...

“The New York Times”: ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib. “Silahlı Qüvvələrimiz mənə indicə məlumat verdi ki, ötən gecə iranlılar Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı “Apache” helikopterlərimizdən birini vurublar. Göyərtədə iki pilot olub, onlar xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir”, - o yazıb. Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın “AH-64 Apache” zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt insidentin səbəbi açıqlanmamışdı.

“Axios”: ABŞ-ın hərbi qüvvələri İrana növbəti hücuma başlayıb. Hazırda üçüncü hücum dalğası həyata keçirilir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində “Apache” helikopterinə edilən hücuma cavab olaraq İrana hücumların başladığını elan edib.

“Tasnim”: İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb: “Döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, ABŞ qətiyyətimizi sınamaq qərarına gəldi. Güclü ordumuz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin. Fars körfəzi tarixində müdaxilə edən kənar şəxslərin acınacaqlı taleyi haqqında bir çox əsərlər var”.

“SEPAH”: İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisi üzərində Amerikaya məxsus “MQ-9 Reaper” pilotsuz təyyarəsinin vurulduğunu və ABŞ-ın bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib. SEPAH-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələri Buşehr əyalətindəki Cəm dairəsi səmasında “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub. Həmçinin ABŞ-ın regiondakı hərbi bazalarındakı 21 hədəfə zərbələr endirilib. Bundan əlavə, SEPAH-ın Aerokosmik Qüvvələri uzaqmənzilli raketlərdən istifadə edərək İordaniyadakı Əl-Əzraq aviabazasındakı F-35 təyyarələrinin anqarları daxil olmaqla 4 hədəfi vurub.

“The Washington Post”: Donald Tramp “Truth Social”da yazıb ki, İran Tehran üçün əlverişli olan razılaşma ilə bağlı danışıqları uzatdığına görə bədəl ödəyəcək. Tramp bəyan edib ki, İranın Silahlı Qüvvələri sarsıdıcı məğlubiyyətə uğrayıb, Hərbi Dəniz və Hava Qüvvələri daxil olmaqla potensialın əhəmiyyətli hissəsi məhv edilib.

“Al Jazeera”: İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran müharibəyə can atmır, lakin suverenliyini qorumağa hazırdır. Onun sözlərinə görə, İran hakimiyyəti ölkəni gələcək sarsıntılardan qorumağa kömək edəcək qərarlar qəbul edir. Pezeşkian müharibə və böhranlar şəraitində ölkəni idarə etməyin çətin olduğunu bildirib. O, İranın qarşısında duran çağırışların öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələrinin birlik və əməkdaşlığının vacibliyini vurğulayıb.

“Nour News”: Tehran Vaşinqtonun hava hücumuna cavab olaraq İraqın şimalındakı Əl-Hərir aviabazasına hücum edib. Nəticədə ABŞ hərbi radarı məhv edilib. Həmçinin, İranın Hörmüz boğazında ABŞ gəmilərinə və Fars körfəzində bir qayığa atəş açdığı bildirilib. İran dövlət televiziyasının məlumatına görə, ölkənin Silahlı Qüvvələri Bəhreyndə ABŞ HDQ-nin Beşinci Donanma qüvvələrinə hücum etmək üçün dronlardan istifadə edib. Nəticədə “Patriot” hava hücumundan müdafiə sistemlərinin rabitə antenaları və radarları zədələnib.

“Fox News”: ABŞ lideri “Fox News”a bilidirib ki, ABŞ İrana qarşı yeni hücumda 49 “Tomahawk” raketindən istifadə edib. Tramp əlavə edib ki, vurulan hədəflərin bəziləri Tehrandan 65 kilometr məsafədə yerləşir.

“CENTCOM”: Birləşmiş Ştatların Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirməsi barədə məlumat yayıb. Qurumun açıqlamasına görə, zərbələr İranın əsassız və davamlı təcavüzkar hərəkətlərinə cavab olub. Komandalıq əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 03:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri