Icma.az
close
up
RU
Yaxın Şərq yeni müharibənin astanasında

Yaxın Şərq yeni müharibənin astanasında

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın Şərqdə hərbi-siyasi gərginlik yenidən təhlükəli mərhələyə daxil olub. ABŞ və İran arasında danışıqların nəticəsiz qalması, Hörmüz boğazında ticarət gəmilərinə hücumların davam etməsi, İsrailin İrana qarşı yeni hərbi əməliyyatlar ehtimalını gündəmə gətirməsi və Yəməndə döyüşlərin şiddətlənməsi regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.

Oktyabrın 20-də İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla təmasında İrana qarşı mümkün yeni zərbələr məsələsini qaldırması diqqət çəkən hadisələrdəndir. Digər tərəfdən, Yəməndə husilərin Şəbvə vilayətində hərbi təlim düşərgəsinə raket hücumu nəticəsində onlarla insanın həlak olması münaqişənin artıq bir neçə istiqamətdə genişləndiyini göstərir. Hörmüz boğazındakı vəziyyət isə yalnız regional deyil, beynəlxalq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib.

Bütün bunların fonunda diplomatik təmaslar da davam edir. İranın xarici işlər naziri Abbas Əraqçı regionun təhlükəsizlik problemlərinin danışıqlar yolu ilə həllinə çağırış edir, Rusiya isə Tehranla Vaşinqton arasında vasitəçilik imkanlarını gündəmdə saxlayır. Bununla belə, tərəflər arasında əsas fikir ayrılıqları aradan qalxmayıb. Körfəz ölkələri isə həm mümkün hərbi qarşıdurmanın, həm də enerji və ticarət marşrutlarının bağlanmasının nəticələrindən narahatdırlar. Belə bir vəziyyətdə Yaxın Şərqdə baş verən hadisələri ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli siyasi və təhlükəsizlik prosesləri kimi qiymətləndirmək vacibdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran siyasi şərhçi Alim Nəsirov bildirib ki, ABŞ və İsrailin İranla bağlı təhlükəsizlik narahatlıqları müəyyən məsələlərdə üst-üstə düşsə də, onların regional maraqlarını tamamilə eyniləşdirmək doğru olmaz. Onun sözlərinə görə, İsrail İranın nüvə və raket proqramlarını öz təhlükəsizliyinə ciddi təhdid hesab edir və bu imkanların məhdudlaşdırılmasını istəyir. Vaşinqton üçün isə İran məsələsi yalnız İsrailin təhlükəsizliyi ilə bağlı deyil, həm də Körfəz ölkələri ilə münasibətlər, enerji bazarları və ABŞ-nin regiondakı hərbi mövcudluğu baxımından əhəmiyyətlidir. Tramp administrasiyası bir tərəfdən hərbi təzyiq imkanlarını saxlayır, digər tərəfdən diplomatik razılaşma üçün müəyyən kanalları açıq tutmağa çalışır. İsrailin yeni əməliyyatlar barədə müzakirələri isə danışıqlar prosesinə əlavə gərginlik gətirə və Vaşinqtonun qarşısında daha mürəkkəb seçimlər yarada bilər.

Müsahibimiz hesab edir ki, hazırkı mərhələdə əsas təhlükə tərəflərdən birinin atacağı addımın qarşı tərəfdə daha geniş hərbi cavab doğurması və nəticədə qarşıdurmanın nəzarətdən çıxmasıdır.

Siyasi şərhçi bildirib ki, Hörmüz boğazında baş verənlər artıq təkcə İranla ABŞ arasında qarşıdurma deyil, beynəlxalq ticarət və enerji təhlükəsizliyi üçün ciddi problemə çevrilib. Gəmilərə hücumlar və daşımaların məhdudlaşdırılması sığorta xərclərini artırır, neft bazarında qeyri-müəyyənlik yaradır və region ölkələrinin iqtisadi fəaliyyətinə mənfi təsir göstərir. İran bu məsələdən danışıqlarda təsir vasitəsi kimi istifadə etməyə çalışsa da, uzunmüddətli qeyri-sabitlik onun öz iqtisadiyyatını da daha ağır vəziyyətə sala bilər:

“Xüsusilə sanksiyaların davam etməsi, xarici investisiyaların məhdudlaşması və ticarət əlaqələrinin zəifləməsi İran daxilində mövcud sosial-iqtisadi problemləri dərinləşdirir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz dövlətləri isə iqtisadi inkişaf planlarının yeni hərbi qarşıdurmanın təsiri altında qalmasını istəmirlər. Ona görə də hesab edirəm ki, Hörmüzdə yaranmış vəziyyət region ölkələrini həm alternativ nəqliyyat marşrutlarına sərmayə qoymağa, həm də diplomatik həll imkanlarını daha fəal axtarmağa sövq edir”.

Həmsöhbətimiz qeyd edib ki, Yaxın Şərqdəki əsas problemlərdən biri müxtəlif ölkələrdə davam edən münaqişələrin artıq bir-birindən tam ayrı şəkildə inkişaf etməməsidir. Yəməndə husilərin fəaliyyəti, Livanda silahlı qruplarla İsrail arasındakı gərginlik və İran ətrafında yaranmış qarşıdurma regionun ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Dediyinə görə, husilərin Səudiyyə Ərəbistanına və Yəməndə hökumətyönlü qüvvələrə hücumları göstərir ki, münaqişə yalnız daxili hakimiyyət uğrunda mübarizə çərçivəsində qalmır.

Alıim Nəsirov: Hörmüzdəki vəziyyət region diplomatik həll imkanlarını daha fəal axtarmağa sövq edir

A.Nəsirov bildirib ki, eyni zamanda, Livanda yeni hərbi eskalasiya ehtimalı İsrailin təhlükəsizlik siyasətini və İranla bağlı hesablamalarını daha da mürəkkəbləşdirir. Burada əsas risk ayrı-ayrı cəbhələrdə baş verən hərbi hadisələrin qarşılıqlı cavab zərbələri nəticəsində daha geniş regional qarşıdurmaya çevrilməsidir. Onun fikrincə, region ölkələrinin qarşısında duran ən mühüm vəzifə bu münaqişələrin bir-birini qidalandırmasının qarşısını almaq və siyasi həll yollarını ön plana çıxarmaqdır.

Rusiya İranla diplomatik təmaslarını davam etdirir, ABŞ və İsrail isə hərbi variantları müzakirə edir. Bəs belə bir şəraitdə Yaxın Şərqin gələcək təhlükəsizlik sistemi necə formalaşa bilər və bütün bu proseslər Azərbaycan üçün hansı risklər yaradır?

Bu sualı cavablandıran siyasi şərhçi qeyd edib ki, Rusiyanın İranla münasibətlərini qorumağa çalışması onun Yaxın Şərqdə diplomatik iştirakını davam etdirmək marağı ilə bağlıdır, lakin Moskvanın vasitəçilik imkanlarını da həddindən artıq qiymətləndirmək olmaz. Çünki ABŞ, İsrail, İran və Körfəz dövlətlərinin təhlükəsizlik məsələlərinə yanaşmalarında ciddi fərqlər mövcuddur və bu ziddiyyətləri qısa müddətdə aradan qaldırmaq çətindir. Dediyinə görə, hazırkı vəziyyət göstərir ki, regionda yalnız hərbi üstünlüyə əsaslanan təhlükəsizlik yanaşmaları davamlı sabitliyin təmin olunması üçün kifayət etmir. Azərbaycan baxımından isə İran ətrafındakı gərginlik xüsusilə əhəmiyyətlidir, çünki söhbət birbaşa qonşu dövlətdə və ölkəmizin iqtisadi əlaqələrinin olduğu daha geniş coğrafiyada baş verən proseslərdən gedir. Qarşıdurmanın dərinləşməsi regional nəqliyyat layihələrinə, enerji bazarlarına, sərhəd təhlükəsizliyinə və ticarət əlaqələrinə əlavə risklər yarada bilər.

“Hesab edirəm ki, Azərbaycanın bu şəraitdə əsas marağı regional sabitliyin qorunması, dövlətlərin suverenliyinə hörmət edilməsi və mövcud problemlərin hərbi qarşıdurma deyil, diplomatik vasitələrlə həll olunmasıdır”, - deyə Asim Nəsirov əlavə edib.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri