Icma.az
close
up
RU
Yaxın Şərqdə qırılma nöqtəsi: İran həm Çinlə, həm də Qərblə flört etdi Abdullah Ağar

Yaxın Şərqdə qırılma nöqtəsi: İran həm Çinlə, həm də Qərblə flört etdi Abdullah Ağar

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Bu gün Yaxın Şərqdə baş verən müharibələr təkcə cəbhədə deyil. Bu mübarizə həm də insanların düşüncəsində, anlayışlarında, verdiyi qərarlarda və inanc sistemlərində gedir. Sözügedən  proses Türkiyə üçün tarixi əhəmiyyət daşıyan bir dönüm nöqtəsinə çevrilir”


Bu fikirləri Sherg.az-a açıqlamasında türkiyəli hərbçi və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib. 


 O bildirib ki, ilk növbədə Yaxın Şərqin “İsrailli” dövrlərinə qısa xronologiya nəzər yetirməkdə fayda var:

“1-ci dövr Ərəb ölkələrinin birlikdə hərəkət edərək bölgədə söz sahibi olmağa çalışırdığı 1950-1970-ci illərdir. O dövrdə İsrail, İran və Türkiyə bir blok kimi ərəb ittifaqlarına qarşı dururdu. 1967 və 1973-cü illərdəki Ərəb–İsrail müharibələri bu dövrə aiddir. Hətta İraq lideri Səddam Hüseyn İranla müharibə edərkən, İsrail Qərbin dəstəyiylə İrana hərbi və kəşfiyyat dəstəyi verirdi. 2-ci dövr İranın gücləndiyi dövrə təsadüf edir. Körfəz Müharibəsi və İraqın işğalı ilə yanaşı, İranın təsir dairəsi genişləndi. Bu dəfə İsrail və bəzi ərəb ölkələri İranın qarşısında eyni mövqedə dayandı. Türkiyə isə neytral mövqedə, tarazlıq yaradan tərəf kimi çıxış etdi. Hazırda İsrail bölgədə yenidən güc mərkəzi olmaq istəyir. Amma bu mübarizə təkcə İsrail və İran arasında deyil. Bu prosesin arxasında Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin kimi böyük güclərin rəqabəti də var. Yəni bu həm də Avrasiya və Atlantik blokları arasında yeni ittifaqların qurulması dövrüdür. Ortaya sual çıxır ki, müharibədən sonra ittifaqlar necə formalaşacaq?

ABŞ bu müharibəyə birbaşa qarışmadan, bölgədə “nəzarətli xaos” yaratmaqla Yaxın Şərqi yenidən formalaşdırmaq istəyir.

İran isə bu planlara “İslam gücü və birliyi” ilə cavab verir. Hər iki tərəf nə istədiyini bilir, amma keçmişdə etdiklərini unutmuş kimi davranaraq hədəflərinə çatmağa çalışırlar. Bu vəziyyətdə Türkiyənin mövqeyi çox vacibdir. Çünki bu, sadəcə siyasi deyil, həm də dini, mezhebi, mənəvi və strateji bir qərardır. Təzyiqlər, manipulyasiyalar, hədələr, maraqların toqquşması ilə dolu bir vəziyyətdir. Əslində ən həlledici amil gücdür. Bu, sadəcə ordunun, silahın çoxluğu demək deyil. Burada əsas məsələ kimin daha ağıllı qərar verdiyi, kimin düşüncə və qərar mexanizmlərini idarə etdiyi, kimin inanc və anlayışlar üzərindən cəmiyyətləri yönləndirdiyidir. Əsl güc fiziki silahdan çox, ağlın və zamanlamanın gücüdür. Türkiyə bu qarışıqlıq içində insanlığa və Yaxın Şərqə yeni bir baxış, yeni bir sistem, yeni bir ümid təqdim edə biləcəkmi? Əgər ölkə daxilində milli birlik və inanc gücü qurulmazsa, xaricə də nüfuz etmək mümkün olmayacaq. Əgər qərarvericilər hadisələrə yalnız şəxsi və siyasi maraqları ilə baxarlarsa, bu, çox təhlükəlidir. Yəni “razıya talip olmayan dünyaya mahkum olur”. 


Ekspert deyib ki, İranın buraxdığı geosiyasi səhvdə isə böyük dərs var:

“İran bir yandan qazanclı olacağını deyərək “anti-qərbçiliyini” xüsusilə Çinə və Avrasiyaya satmağa çalışdı, digər tərəfdən də Qərbə göz vurdu. Bu, dərin ziddiyyət idi və nəticə hər iki tərəfdə dərin inamsızlıq oldu. İsrailin F-16i Sufa, F-35i Adir və F-15i Raam kimi xüsusi təyyarələrinə qarşı İranın nə özünəməxsus təyyarələri, nə də bir dənə belə Rusiya istehsalı Su-35, Çin J-10CE və ya Çin-Pakistan CF-17 Thunder tipli müasir döyüş təyyarəsi. İran həm Çinlə, həm də Qərblə flört etdi. Lakin İranın xarici siyasəti əslində daxili siyasəti və molla mövqelərini gücləndirməyə yönəlmişdi. Belə ki, anti-Qərb şövqü ilə rejimi, molla maraqlarını və ehkamını daxildə qorumaq istədi. Çinə yaxınlığı ilə mühasirəni yarmaq üçün bir strategiya istehsal etməyə çalışırdı. Bu isə işə yaramadı. Qəzzada başlayan qırılma indi İrana da çatıb.  Görünən odur ki, bu qırılma İranda bitməyəcək. Nəhayət, Yaxın Şərqdəki böyük müharibə yalnız ərazi, resurslar və ya dəhlizlərin müharibəsi deyil. Bu, ağılın, anlayışın, insanlığın və həqiqət axtarışının müharibəsidir. Bu müharibədə Türkiyənin təkcə coğrafi deyil, həm də mental mövqeyi çox kritikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri