Icma.az
close
up
RU
Yaxın Şərqdə sülh: Çox kövrək olacaq?

Yaxın Şərqdə sülh: Çox kövrək olacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müharibəsinə dair sülh planının qəbul edilməsindən sonra Yaxın Şərqdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə dair müzakirələr artıb. 

Misirin Şarm əş-Şeyx şəhərində keçirilən “Sülh sammiti”ndən dərhal sonra əsir və girovların buraxılması, eləcə də cəsədlərin qalıqlarının qaytarılması münaqişənin başa çatmasına ümidləri artırıb.

Lakin bölgədən gələn xəbərlər risqlərin tamamilə aradan qalxmadığını və sülhü sazişinin kövrək olduğunu göstərir. Bu ilk növbədə, nə İsrailin, nə də HƏMAS-ın sülh sənədində imzasının olmaması ilə bağlıdır.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS ölən girovların cəsədləriniin qaytarılmasını qəsdən gecikdirsə, bu, razılaşmanın pozulması olacaq. HƏMAS isə ölənlərin qalıqlarının qaytarılmasını ləngidir. 

HƏMAS uzun müddətdir ki, İsrail qoşunları Qəzzanı tamamilə tərk edənə qədər sonuncu girovu azad etməyəcəklərini, lakin Trampın planının birinci mərhələsinə razılıq verəcəyini bildirir. 

Adıçəkilən hərəkat İsrail silahlı qüvvələrinin Qəzzadan tam şəkildə çıxarılmasına dair Trampın zəmanətinə ümid edir. İsrailin qoşunlarını nə vaxt tamamilə çıxaracağı və ya ümumiyyətlə geri çəkilib-çəkilməyəcəyi hələ dəqiq məlum deyil. Həmçinin, Trampın planının və İsrailin əsas şərti HƏMAS-ın tərksilah olunmasıdır.

Lakin HƏMAS-ın buna hələ razılıq verməyib. HƏMAS uzun müddətdir ki, İsrailin Fələstin ərazilərinin işğalına son qoyana qədər silahlı müqavimət göstərmək hüququna malik olduğunu iddia edir, silahı yerə qoymaq çağırışlarını rədd edir. 

Bu da öz növbəsində, İsrailin Qəzza zolağına hücumunu dayandırmaq üçün danışıqlarda əsas maneəyə çevrilib. Doğrudur, yaraqlılar əraziyə nəzarətdən əl çəkməyə və idarəçiliyi “Sülh şurası” adlanan beynəlxalq qurumun nəzarət edəcəyi Fələstin texnokratlarından ibarət keçid orqanına təhvil verməyə razılaşıblar.

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin də üzvü olacağı nəzarət orqanına Donald Trampın rəhbərlik edəcəyi gözlənilir. Beləliklə, HƏMAS-ın necə və nə vaxt tərksilah ediləcəyi və silahlarının hara göndəriləcəyi, eləcə də İsrail qoşunlarının Qəzzadan çıxarılması planları qeyri-müəyyən olaraq qalır. Yəni Sülh planı ümumi təkliflərdən ibarətdir və onun icrası mexanizmi hazırlanmayıb. 

Qəzzada başqa ölkələrin hərbçilərindən ibarət yeni təhlükəsizlik qüvvələri yaradılacaq. Lakin bölgəyə hansı dövlətlərin qoşun göndərəcəyi, onlardan necə istifadə ediləcəyi və müqavimətlə qarşılaşacağı təqdirdə nə olacağı məlum deyil. 

Qəzza Müvəqqəti İdarəetmə Şurasının kimlərdən təşkil olunacağı, onun harada yerləşəcəyi və əhalinin bu quruma necə münasibət göstərəcəyi aydın deyil. 

Ümumilikdə, iki ildir davam edən ağır müharibəyə son qoyulması baxımından Şarm əş-Şeyxdə əldə olunmuş razılaşma müsbət qarşılansa da sülh planı yarımçıq təsir bağışlayır. Bu isə sülhün tələsik imzalanması ilə bağlıı başqa ehtimalların meydana çıxmasına səbəb olub.

Əgər Tramp administrasiyası həqiqətən Yaxın Şərqdə real sabitliyə nail olsa, ABŞ-nin diqqəti Ukraynada dayanmaq bilməyən daha ağır müharibəyə yönələcək. Tramp müasir dünyanın ən qanlı müharibəsi olan Rusiya-Ukrayna savaşının qarşısını almaq üçün yeni “yol xəritəsi” üzərində işləməli olacaq. 

Digər ehtimal isə İranla bağlıdır. Yəni ABŞ-nin İsrail və HƏMAS arasında sülh yaratmaq cəhdləri İrana qarşı hazırlanan genişmiqyaslı hərbi əməliyyatlarla izah edilir. Çinin Yaxın Şərqin təbii resurslarına çıxışında fəal rol oynayan İran bütün hallarda Tramp adminstrasiyasının hədəfi sayılır.

Lakin bu hədəfə zərbənin yaxın vaxtlarda, yoxsa Rusiya-Ukrayna cəbhəsində sabitliyin təmin olunmasından sonra endiriləcəyi hələ aydın deyil.  

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Açar sözlər: Yaxın Şərq sülh HƏMAS

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri