Icma.az
close
up
RU
Yaxın Şərqdə sülh erası başlayır!

Yaxın Şərqdə sülh erası başlayır!

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misirdə dünya diplomatiyasının tarixində mühüm bir səhifə açıldı. ABŞ Prezidenti Donald Trampın şəxsi səyləri və beynəlxalq nüfuzu sayəsində on illərdir davam edən İsrail–Fələstin münaqişəsinə son qoyan tarixi sülh razılaşması imzalandı. İsrail və Həmas arasında iki ildən çox davam edən müharibə, Qəzza bölgəsini bürüyən dağıntı, aclıq və humanitar  fəlakət bu gün rəsmi olaraq başa çatdı.

Sülh sənədi İmzalandı , əsirlər ailələrinə qovuşdu. 

Tarixi mərasim zamanı ABŞ, Türkiyə, Misir və Qətər liderlərinin iştirakı ilə sülh və atəşkəs sazişi imzalandı. Bu sənəd regionda yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. 

Razılaşmaya əsasən, həm israilli, həm də fələstinli əsirlər azad olunaraq ailələrinə qovuşdular. Qəzza bölgəsi beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə yenidən inşa ediləcək, infrastruktur və sosial sahələr bərpa olunacaq.

Bu tarixi mərasimdə dünyanın məhdud sayda aparıcı liderləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirakı xalqımız adına qürurvericidir. ABŞ və Misir prezidentlərinin şəxsi dəvəti ilə mərasimə qatılan Prezident İlham Əliyevin orada olması bir neçə səbəbdən tamamilə təbii və qanunauyğundur. 

Birinci, ona görə ki, İlham Əliyev dünyanın azsaylı, beynəlxalq nüfuza malik liderlərindən biridir və O, həm müharibdə qalib gəlmiş dövlət başçısı, həm də sülh qurucusu kimi tarixə düşən yeganə Liderdir.

İkincisi, Azərbaycanın sülh quruculuğundakı zəngin təcrübəsi, eləcə də Yaxın Şərqdə artan siyasi və humanitar əlaqələri sülh prosesin gələcəkdə dayanıqlı olmasına mühüm töhfə verə bilər.

Üçüncüsü, Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdəki simvolik və strateji iştirakı isə ölkəmizin qlobal səviyyədə artan nüfuzunun bariz göstəricisidir.

Bəli, Donald Tramp Yaxın Şərqdə dünyanın ən uzunmüddətli münaqişələrindən birinin həllində həlledici rolu olan şəxs kimi tarixə düşdü. O, həm İsrail, həm bölgə liderləri  ilə çətin diplomatik danışıqlara rəhbərlik edərək, əsl vasitəçi və sülh təşəbbüskarı kimi çıxış etdi.

Bu qədər böyük miqyasda sülh və təhlükəsizliyə töhfə vermiş ABŞ Prezidentinə Nobel Sülh mükafatının verilməməsi isə ciddi haqsızlıq hesab olunur. Bu qərar əslində, mükafatın beynəlxalq nüfuzuna və obyektivliyinə də mənfi təsir göstərir.

Nəhayət, Misirdə imzalanan bu saziş yalnız Yaxın Şərq üçün deyil, bütün dünya üçün sülh və sabitlik ümidlərini artırır.

Azay Quliyev,

millət vəkili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri