Icma.az
close
up
RU
Yaxın Şərqdə TürkiyəAzərbaycan müttəfiqliyi Rusiya çətin durumda

Yaxın Şərqdə TürkiyəAzərbaycan müttəfiqliyi Rusiya çətin durumda

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada silahlı müxalifətin Bəşər Əsədi devirməsindən sonra baş verən geosiyasi proseslərin əhəmiyyəti və sürəti artıb. Regional və beynəlxalq dinamikanın Yaxın Şərqin nəbzi ilə tutuşdurulması fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, liderlərin Cənubi Qafqaz regionu ilə Yaxın Şərqi eyni portfel daxilində müzakirə etməsi iki ölkənin strateji müttəfiqliyindəki planların yeni mərhələyə keçidini nümayiş etdirir. Azərbaycan və Türkiyə prezidentlərinin müzakirələri bundan sonra baş verə biləcək hadisələrdə rəsmi Ankaranın böyük payının olacağı müstəvisində diqqətəlayiqdir. Proseslər həm də Suriyada əsas oyunçu hesab edilən Rusiya, İran və ABŞ-nin strateji maraqları prizmasına da baxmağı tələb edir.

Rusiya Əsədi hakimiyyətdə saxlamağa maraqlı olmadığını göstərməklə əsas strateji prioritetinin Ukraynaya yönəldiyini sübut etmiş oldu. Amma Kremlin Əsədin devrilməsi ilə Yaxın Şərqdəki güc proyeksiyası yelləndi. Əsas diqqətlər indi Rusiyanın Aralıq dənizindəki əhəmiyyətli strateji sərmayəsinin mümkün fəlakətli itki ilə üzləşə biləcəyi ssenarilərinə yönəlir.

Çünki Rusiya dənizdə və quruda hərbi bazalarını itirsə, onun Afrikadakı manevr qabiliyyətləri də ziyan görəcək. Bu, Moskvanın bütün dünyada strateji təsirlərini azalda bilər. Bununla belə, Əsədin devrilməsi hələ Rusiya üçün tam itki deyil.

Kreml üçün ehtiyat qızıl açar da var. Çünki Əsəd rejiminin süqutu hakimiyyətin birbaşa qərbyönlü rejimlə əvəzlənməsinə səbəb olmayacaq. Suriyada qalib gələnlər arasında hakimiyyət mübarizəsi başlayarsa, bu, Moskvaya ABŞ, Türkiyə və İsraillə sövdələşmə imkanı verə bilər.

İran-İsrail konteksti

Əsədin sonu İran və onun “müqavimət oxu”na ciddi zərbədir. Çünki İran Suriyanı Livan “Hizbullah”ına silah ötürülməsində kritik qovşaq və əməliyyat bazası kimi istifadə edirdi. İndiki vəziyyət isə İsrailin İrana qarşı əməliyyatlarında və strateji planlarında dönüş nöqtəsidir və Tehranın proksi qüvvələrdən istifadə etmək qabiliyyətini sarsıdır. Ümumilikdə Tehran regional təhlükəsizlik strategiyasına yenidən baxmağa məcburdur. İranın Yaxın Şərqdəki təsir dairəsini genişlətmək cəhdlərinin daha bir uğursuz nümunəsinin Suriyada təkrarlanmasından sonra Tehranın diplomatik, siyasi və hərbi ritorikasını mötədil bir dilə çevirəcəyi qaçılmazdır.

ABŞ tərəddüddə

ABŞ Əsədin süqutu fonunda terrorizmlə mübarizə, İranın təsirini cilovlamaq və Yaxın Şərqdə sabitliyi təşviq etməyə kömək edən tərəf kimi görünə bilərdi. Ancaq ABŞ Suriyanın şimal-şərq hissələrindəki nəzarət zonasını PKK-nın Suriya qanadı vasitəsilə qorumağa mükəlləf olduğundan sülhə dair nəticələri digər oyunçularla formalaşdırmaqda çox da həvəsli deyil. Üstəlik, ABŞ “Həyat Təhrir əş-Şam"ın, Suriya Milli Ordusunun əslində Türkiyə çərçivələrindən çıxması üçün çağırışlarını da artırır. Bunun səbəbi ABŞ-nin Suriya gündəliyində dominant oyunçu statusu əldə etmək istəyidir ki, bu da onu Türkiyə ilə üz-üzə qoya bilər.

Türkiyə yaxşı vəziyyətdə

Prosesdən ən çox qazanclı çıxan tərəfin Türkiyə olduğu aydınlaşır. Türkiyə Suriyada əsas təsirli tərəf olmaq imtiyazını əldə etdi. Türkiyənin Suriyanın şimalında öz təhlükəsizliyi xeyrinə formalaşdırmaq üçün qazandığı fürsətlər onun hədəflərini daha geniş regional çərçivələrə kökləyir. Türkiyə əksəriyyəti kürd olan milyonlarla suriyalı qaçqını yenidən Suriyaya yerləşdirmək imkanı da əldə etdi. Bunlar Ankaranın ardıcıl olaraq Yaxın Şərqdə mövqelərini böyütməsi və Cənubi Qafqazdakı əməliyyat modelini genişləndirməsinə böyük bir yol açır. Bu, Türkiyənin Cənubi Qafqazdakı mümkün geosiyasi risklərlə əlaqədar tərəddüdlərinə də son qoyacaq. Deməli, Əliyevlə Ərdoğanın telefon müzakirələri dar regional məsələləri deyil, genişlənmiş strateji maraqların müştərək ifadəsini təmsil edirdi.

Suriyada Türkiyə və İsraildən başqa, digər oyunçuların üzləşdiyi problemlər onların Cənubi Qafqazdakı maraqları ilə mütənasiblik təşkil etdiyindən prosesə Ermənistan kadrları ilə də baxmaq lazımdır.

İrəvan üçün şok

Ermənistan Bəşər Əsədin müdafiəçisi idi. İrəvan Əsəd rejiminin yardımı ilə İrandan Livana silah daşınmasında coğrafi lövbər rolunu oynayırdı. İran dəhlizinin Suriya və Livana gedən marşrutları haqqında kəşfiyyat məlumatlarına əsaslanan araşdırmalar diqqəti Ermənistana da cəmləşdirirdi.

İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi həm də onun Cənubi Qafqaz və Yaxın Şərqdə assimetrik ambisiyalarından irəli gəlirdi. Ermənistan üzərindən İranın mülki təyyarələrlə Suriyaya və Livana silah daşıdığı haqqında məlumatlar bu fikri təsdiqləyir.

İndi Əsədin süqutu ilə Ermənistanın da gizli marşrutlar üzrə mövqeləri sıradan çıxmış oldu. Qısası, Əsədin devrilməsi İranın Ermənistan üzərində olan-qalan varlığını da darlaşdırır. Yəni, Əsədin devrilməsi Ermənistan üçün də əlavə mürəkkəbliklər gətirir və İrəvanın ekzistensial olaraq sağ qalması çətinləşir. Çünki Ermənistan Əsədi mühafizə edəcək silahlı dəstələri sülhməramlı adı altında Suriyaya yerləşdirmişdi və bu, onu sövdələşmə elementinə çevirirdi. İndi isə İrəvanın bu kartı da əldən çıxır. Mümkündür ki, Əliyevlə Ərdoğan nəhəng regional müstəvilərin Ermənistana da təsirlərini müzakirə ediblər.

Beləliklə, Bakı və Ankara üçün Əsədin devrilməsi Cənubi Qafqazda Ermənistan üçün təhlükəsizlik zəmanətləri axtaran qüvvələrin, o cümlədən İranın qəfil səhnədən çıxması perspektivinə baxışı da əks etdirir. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri