Icma.az
close
up
RU
Yaxın Şərqdə və Şərqi Avropada gərginlik səngimir

Yaxın Şərqdə və Şərqi Avropada gərginlik səngimir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ–İran və Rusiya–Ukrayna münaqişələri dünya mediasının gündəmində

İranın Hörmüzlə bağlı öz şərti var

“Hörmüz boğazı yalnız ABŞ-ın bölgəyə hərbi müdaxiləsi dayandırıldıqdan sonra sərbəst naviqasiya üçün açıq olacaq”.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasında bildirilib.

SEPAH-ın məlumatında deyilir ki, Hörmüzü gəmiçilik üçün açmağın yeganə yolu millətlərin öz sahil suları üzərində suverenliyinə hörmət etmək və ABŞ-ın boğazın işlərinə hərbi müdaxiləsinə son qoymaqdır. İran ordusu, həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın Hörmüz boğazı yaxınlığında davam edən mövcudluğu və əməliyyatları qlobal neft və qaz bazarı üçün "daha böyük" nəticələrə səbəb ola bilər.

“İran bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün Oman, Pakistan və Qətərlə təmaslarını davam etdirir”. Bunu isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. Onun sözlərinə görə, vasitəçi ölkələrin əsas məqsədi regionda gərginliyin artmasının qarşısını almaqdır.

Yəmən Səna hava limanına zərbə endirib

Yəmənin Silahlı Qüvvələri İran təyyarəsinin enişinin qarşısını almaq məqsədilə paytaxt Sənadakı hava limanının uçuş-enmə zolağına zərbə endirib. Bu barədə Yəmənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İranın dəstəklədiyi husilər Yəmənin milli aviaşirkətinə məxsus təyyarələrin Səna hava limanına enişini qadağan edib və İran təyyarəsinin ölkə ərazisinə daxil olmasına şərait yaratmağa çalışıblar. Nazirlik bunun qarşısını almaq məqsədilə hava limanının uçuş-enmə zolağına zərbə endirildiyini açıqlayıb.

Məlumata görə, zərbədən əvvəl Müdafiə Nazirliyi hava limanının təcili şəkildə boşaldılması barədə xəbərdarlıq edib və əhaliyə hava limanı ərazisinə yaxınlaşmamaq çağırışı edib.

London SEPAH-ı terrorçu kimi tanıdı

Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu – SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bu barədə hökumətin saytında müvafiq məlumat yerləşdirilib.

Xatırladaq ki, SEPAH-ın terror təşkilatı kimi tanınması barədə ilk qərar Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari il yanvarın 29-da Brüsseldə keçirilən toplantısında qəbul edilib.

Peskov: “istəklilər koalisiyası” sülh istəmir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, özlərini "istəklilər koalisiyası" adlandıranlar sülhü deyil, müharibənin davam etməsini istəyir və onu fəal şəkildə qızışdırır.

Peskov, həmçinin qeyd edib ki, bu qrup ölkələr Rusiyaya strateji məğlubiyyətin vurulmasının mümkünlüyü barədə dərin xəyal altında çalışır: “Buna görə də bu, aldadılmışların və müharibəni qızışdıranların koalisiyasıdır. O qeyd edib ki, Kreml bu qrup ölkələrin mövqeyini nəzərə alaraq "istəklilər koalisiyası"nın görüşündən gələn hesabatları diqqətlə izləyəcək.

Aİ Moldovaya 120 milyon avro ayırıb

Avropa İttifaqı Moldovaya hava hücumundan müdafiəni gücləndirmək üçün Avropa Sülh Fondundan 120 milyon avro ayırıb. Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

“Avropa İttifaqı Şurası bu gün Moldova Silahlı Qüvvələrinin ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirməsinin dəstəklənməsi üçün Avropa Sülh Fondundan 120 milyon avro ayırmağı təsdiqləyib. Bu, Moldovaya orta mənzilli hava hücumundan müdafiə sistemlərinin satın alınmasının maliyyələşdirilməsinə imkan verəcək”, – sənəddə deyilir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri