Icma.az
close
up
RU
“Yaxın Şərqdə təhlükəli gərginlik”

“Yaxın Şərqdə təhlükəli gərginlik”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“İran və İsrail arasında son günlər baş verən qarşılıqlı raket və hava zərbələri Yaxın Şərqdəki hərbi-siyasi balansı daha riskli mərhələyə daşıyıb”.

Bu fikirləri politoloq Tural İsmayılov xalqcebhesi.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, uzun illər davam edən kölgə müharibəsinin açıq hərbi qarşıdurma formasına keçməsi regionda genişmiqyaslı müharibə ehtimalını artırsa da, hadisələrin gələcək inkişafı ilə bağlı müxtəlif ssenarilər mövcuddur: “Mövcud eskalasiyanın idarəolunan və məhdud səviyyədə saxlanılması ehtimalı hələ də qalmaqdadır.Hazırkı mərhələdə tərəflərin hərbi addımları təhlil edildikdə görünür ki, bir çox zərbələr qarşı tərəfə siyasi və hərbi mesaj vermək, çəkindirmə balansını qorumaq məqsədi daşıyır. Hər iki ölkə daxili auditoriyaya güc nümayiş etdirdikdən sonra beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ-ın, region ölkələrinin və digər qlobal aktorların diplomatik səyləri nəticəsində gərginliyin müəyyən həddə dondurulması mümkündür. Çünki genişmiqyaslı müharibə həm İran, həm də İsrail üçün ciddi iqtisadi, hərbi və humanitar nəticələr vəd edir”.

T.İsmayılov bildirib ki, digər ssenari isə prosesin nəzarətdən çıxaraq regional müharibəyə çevrilməsidir:

“Birbaşa hərbi hücumlar tərəflərin qırmızı xətlərini yenidən formalaşdırıb. İstənilən kəşfiyyat səhvi, gözlənilməz böyük insan itkisi və ya daxili siyasi təzyiqlər fonunda veriləcək sərt qərarlar eskalasiyanı sürətləndirə bilər. Bu isə hadisələrin daha geniş coğrafiyaya yayılması riskini artırır. Regiondakı müxtəlif silahlı qrupların və tərəflərin müttəfiqlərinin prosesə daha fəal şəkildə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Belə bir halda hazırda əsasən İran və İsrail arasında müşahidə olunan qarşıdurma çoxcəbhəli regional müharibəyə çevrilə bilər. Bu isə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına ciddi təsir göstərəcək və beynəlxalq səviyyədə yeni siyasi-hərbi proseslərə yol aça bilər”.

Politoloq vurğulayıb ki, hazırda regionda vəziyyət olduqca kövrək tarazlıq üzərində dayanır:
“Hadisələrin məhdud hərbi əməliyyatlarla yekunlaşması və ya daha böyük müharibəyə çevrilməsi tərəflərin yaxın dövrdə nümayiş etdirəcəyi strateji təmkinlilikdən, eləcə də beynəlxalq diplomatiyanın böhranı idarə etmək imkanlarından asılı olacaq”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 İyun 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri