Icma.az
close
up
RU
Yaxın Şərqdə yenidən müharibə təhlükəsi İran ABŞ ni “ağrılı zərbələr”lə hədələyir

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi İran ABŞ ni “ağrılı zərbələr”lə hədələyir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tehran və Vaşinqton arasında gərginlik yeni və təhlükəli müstəviyə keçir. İranın hərbi rəhbərliyi ABŞ-ın mümkün hücumlarına və dəniz blokadası cəhdlərinə qarşı ən sərt xəbərdarlığını edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bəyan edib ki, ABŞ hücumlarını bərpa edərsə və Hörmüz boğazı üzərində iddialarını təkrarlayarsa, İran bölgədəki Amerika hərbi bazalarına "uzunmüddətli və ağrılı zərbələr" endirəcək. Musəvi dünyanı regiondakı Amerika bazalarının taleyindən nəticə çıxarmağa çağıraraq, eyni aqibətin hərbi gəmiləri də gözlədiyini vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian isə ABŞ-ın İran limanlarını blokadaya almaq niyyətinə reaksiya verib. O bildirib ki, Fars körfəzində tədarük zəncirini pozacaq hər hansı bir məhdudiyyət cəhdi uğursuzluğa məhkumdur. 

Pezeşkian bu addımları müstəqil bir dövlətə qarşı hərbi təcavüzün genişləndirilməsi kimi qiymətləndirib: "İndi dəniz blokadası adı altında baş verənlər, sadəcə öz müstəqilliyinin bədəlini ödəyən bir dövlətə qarşı hərbi əməliyyatların artırılmasıdır. Bu ədalətsiz yanaşmanın davam etdirilməsi dözülməzdir".

Gərginliyin artmasının əsas səbəblərindən biri kimi ABŞ-ın "Axios" nəşrinin yaydığı məlumat göstərilir. Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampa İranın nüvə və hərbi obyektlərinə qarşı mümkün hərbi əməliyyatların yeni planını təqdim edib. Bu plan danışıqların tamamilə uğursuzluğa düçar olacağı təqdirdə "B planı" kimi nəzərdən keçirilir.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı və Fars körfəzi ətrafında cərəyan edən bu hadisələr qlobal enerji bazarında yeni bir böhrana və böyük regional müharibəyə yol aça bilər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri