Icma.az
close
up
RU
Yaxın Şərqin mürəkkəb “düyünü” və vasitəçilərin effektsiz cəhdləri

Yaxın Şərqin mürəkkəb “düyünü” və vasitəçilərin effektsiz cəhdləri

Ayna saytına istinadən Icma.az xəbər verir.

Politoloq: “HƏMAS böyük itkilərə məruz qalsa da, hələ ki, ayaqdadır və İsrail HƏMAS-la danışıqlara məcburdur”

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Son iki həftə ərzində İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının və “İslami Cihad” qruplaşmasının bir neçə komandirini məhv edib. İsrail bəyan edir ki, terrorçular məhv edilənədək prosesi davam etdirəcək. Bu isə Yaxın Şərqdə savaşın davam edəcəyinə işarədir.

Başqa bir məsələ isə ABŞ Prezidenti Donald Trampın Fələstinlə bağlı açıqlamasıdır. Tramp bazar günü jurnalistlərə açıqlamasında deyib ki, Qəzza zolağında davam edən gərginliyin yaxın günlərdə həll ediləcəyinə ümid edir: “Qəzza ilə bağlı danışıqlar davam edir. Ümidliyəm ki, yaxın bir həftə ərzində nizamlanmaya nail olacağıq. Gözləyək, görək nə baş verəcək”.

Yaxın Şərqdəki vəziyyətlə bağlı AYNA.AZ-a danışan politoloq Fikrət Sadıxov deyib ki, yaxın gələcəkdə İsraillə HƏMAS arasında razılaşmaya şübhə ilə yanaşır: “Çünki uzun illər düşmənçilik vəziyyətində olan İsraillə HƏMAS-ın şərtlərə əməl edərək barışacağı, sülh sazişinə imza atacağı və bütün məsələləri həll edəcəkləri mümkün deyil. Digər tərəfdən, biz görürük ki, Qətər və Misirin vasitəçiliyi ilə Qətərdə keçirilən danışıqlar birbaşa deyil, vasitəçilərin köməyi ilə dolayısı ilə aparılan danışıqlardır. Burada hər bir tərəfin öz şərtləri, öz tələbləri var. Bir tərəfin tələbinin digər tərəfin baxışına zidd olduğu açıq-aşkar görünür”.

“Baxın, atəşkəs elan olunması ilə bağlı təşəbbüs vardı. 60 günlük atəşkəs və girovların, həbsdə olan fələstinlilərin azad olunması, sonradan humanitar yardımlar və s. təşəbbüsə daxil idi. İsrailin sonuncu təklifi ondan ibarətdir ki, Qəzzada İsrail 40 faiz ərazini nəzarətə götürür və bufer zona yaradır. Təbii ki, HƏMAS bunu qəbul etmir və hesab edir ki, öz ərazisini nəyinsə naminə İsrailə vermək maraqlarına ziddir. Belə vəziyyətdə hansı razılıqdan danışmaq olar?”, - politoloq sual edib.

Analitik məsələnin başqa tərəfinə də nəzər salınmasını vacib hesab edir: “Biz görürük ki, vasitəçilər də müəyyən təşəbbüslərlə çıxış edir. Amma bu təşəbbüslər hər iki tərəfi qane edə bilməz. Çox mürəkkəb bir vəziyyət, mürəkkəb “düyün” yaranıb. Bu “düyünü” açmaq üçün vasitəçilərin ciddi addımlarına ehtiyac var. Düzdür, vasitəçilər bu “düyünü” açmaq üçün çalışırlar, amma hələ ki, effektiv nəticə əldə edilə bilmir”.

“Görünən odur ki, İsrail güc nümayişinə əl atır, dronlarla əhalini vurur, binaları sıradan çıxarır. Bu isə güc nümayişi deməkdir. Amma HƏMAS böyük itkilərə məruz qalsa da, hələ ki, ayaqdadır və İsrail HƏMAS-la danışıqlara məcburdur. Çünki girovlar hələ də HƏMAS-ın əlindədir, İsrail onları girovluqdan azad edə bilmir. Bu baxımdan, məsələ olduqca mürəkkəbdir. Burada əsas məsələ güzəştli prinsiplərin müzakirəsi, razılaşdırılmasıdır. Əks halda, münaqişə davam edəcək, qan töküləcək. Bu halda, tezliklə Qəzzada vəziyyətin nizamlanacağını demək mümkünsüzdür”, Sadıxov fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri