Icma.az
close
up
RU
Yaxın zamanlarda Ukraynada atəşkəs qaçılmazdır ŞƏRH

Yaxın zamanlarda Ukraynada atəşkəs qaçılmazdır ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Həmin vaxtadək hər iki tərəf üstünlük qazanmağa çalışır


“Putinə təcili uğur hekayəsi lazımdır. Sülhə doğru gedilirsə, təbliğat da güclənməlidir ki, Rusiyanın qalib görüntüsü yaransın...”


Ciddədə keçirilən görüşdə Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul edib. Təklifi Kremlə təqdim etmək üçün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Rusiyaya gəldi. Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib. Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Uitkoffu dinlədiyini və onun vasitəsilə Trampa məlumat və əlavə siqnallar ötürdüyünü vurğulayıb. Peskov onu da bildirib ki, Putinlə Tramp arasında danışıqların vaxtı razılaşdırılmayıb. Onun sözlərinə görə, bu, Uitkoffun ABŞ prezidentinə məruzəsindən sonra müəyyənləşəcək. Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birgə mətbuat konfrasında deyib ki, Ukraynada atəşkəs ideyasını müzakirə etmək üçün ABŞ rəhbəri Donald Trampa zəng edə bilər: "Atəşkəs ideyası özlüyündə düzgündür və biz sözsüz ki, onu dəstəkləyirik. Lakin müzakirə etməli olduğumuz məsələlər var. Hesab edirəm ki, biz amerikalı həmkarlarımız, tərəfdaşlarımızla danışmalıyıq. Ola bilər ki, Prezident Trampa zəng edək". 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Rusiya lideri Vladimir Putinin Ukraynada atəşkəslə bağlı bəyanatını dəyərləndirib. Tramp deyib ki, Putin çox ümidverici bəyanat verib, lakin bu, natamam idi. O qeyd edib ki, atəşkəsə nail olmaq üçün Rusiya prezidenti ilə danışmağa hazırdır: “Ümid edirəm ki, Rusiya düzgün addım atacaq”. 


ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a deyib ki, yaxın zamanlarda atəşkəs olacağı qaçılmazdır və həmin vaxtadək hər iki tərəf üstünlük qazanmağa çalışır. Siyasi şərhçinin sözlərinə görə, Ukraynanın Kursk vilayətinə daxil olmaqda məqsədi o idi ki, danışıqlarda həmin əraziləri bir kozur kimi istifadə etsin və Rusiyaya təzyiq göstərsin: 


"Rusiya bunun fərqində olduğu üçün atəşkəs öncəsi Ukrayna ordusunu Kurskdan çıxarmağa çalışır ki, əlavə hansısa güzəştə getmək məcburiyyəti yaranmasın. Atəşkəsə qədər hər iki tərəf öz məqsədinə çatmaq üçün əlindən gələni edəcək. Putinə təcili uğur hekayəsi lazımdır. Sülhə doğru gedilirsə, təbliğat da güclənməlidir ki, Rusiyanın qalib görüntüsü yaransın. İndi susan ruslar bir müddət sonra sual edə bilərlər ki, Ukrayna ilə niyə görə müharibə oldu? Yəni bu savaş sadəcə 5-6 kənd, qəsəbə almaq üçün idimi? Bu məsələ Rusiya üçün çox önəmlidir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvada oldu və gecə saatlarına qədər görüş və müzakirələr aparılıb. Detallar açıqlanmayıb, amma ikili şantaj metodunun Rusiya ayağı da işə düşüb. Çox təəssüf ki, Ukrayna Prezidenti V.Zelenskinin yanlış addımları nəticəsində ikili şantaj metodunun ilk zərbəsi Ukraynaya dəydi. ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımını bir müddət dayandırmalı oldu, müəyyən gərginlik yarandı. Amma sonradan Zelenski doğru qərarlar verdi. ABŞ ilə müxtəlif məsələlərdə anlaşaraq sözün əsl mənasında topu Rusiya tərəfə atdılar. İndi görürsüz, Putin Belarus Prezidenti A.Lukaşenko ilə görüşdə birbaşa atəşkəsdən imtina etdiyini deyə bilmədi. Buna cürət etmədi. Çünki bilir ki, belə bir addım atarsa, Rusiyaya qarşı sanksiyalar kifayət qədər şiddətlənə bilər". 


N.Cəfərli vurğulayıb ki, Bayden administrasiyası Rusiyaya sanksiya məsələsinə "tülkülük" edirdi, oyun oynayırdı: 

"Təsəvvür edin, 2023-cü ildə 7 ay Ukrayna ordusuna silah vermədilər. Trampın ikili şantaj metodu ondan ibarətdir ki, həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərsin. Rusiyaya təzyiq sadəcə sanksiyalar deyil. Digər təzyiq üsulu odur ki, ABŞ ən yeni raketləri Ukraynaya verə bilər. Bu, o deməkdir ki, əgər Putin anlaşmasa, atəşkəsdən imtina etsə, sanksiyaların güclənməsi ilə yanaşı, Ukrayna ən müasir hərbi texnikalarla təchiz olunacaq. Bunun fərqində olan Putin iki dəfə açıq bəyan etdi ki, Rusiya atəşkəsdən qaçmır. Ancaq Kremlin şərtləri var. Elan olunan şərtlərlə, masada olan əsl şərtlər arasında ciddi fərq var. Moskva bağlı qapılar arxasında başqa dividendlər, güzəştlər istəyir, ABŞ ilə anlaşmağa çalışır, Avropa və İranla münasibətlərdə ümimi oyun qurucusu olmaq istəyir. Xeyli əvvəl demişdim ki, zamanı gələndə Rusiya İranı dəyər-dəyməzinə satacaq. ABŞ-Rusiya danışıqlarında əsas mövzulardan biri İranın nüvə anlaşmasıdır. Moskva İran və Çinlə münasibətlərdə üstünlük istəyir. Putin üçün bu məsələlər daha önəmlidir və ona görə də zamana ehtiyac var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Mart 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri