Icma.az
close
up
RU
Ukraynada yubanan atəşkəs torpaqlardan çıxmayan Rusiya ŞƏRH

Ukraynada yubanan atəşkəs torpaqlardan çıxmayan Rusiya ŞƏRH

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq cəhdləri hələ ki nəticə vermir. Tərəflər bir-birinin ərazisində hərbi əməliyyatları davam etdirirlər. Ancaq bu ilin fevralında Tramp Moskva ilə Kiyev arasında atəşkəslə bağlı fəaliyyətə başlayanda elə təəssürat yaranırdı ki, tezliklə atəşkəs elan olunacaq. Bununla da müharibənin bitməsi üçün şərait yaranacaq.

Donald Trampın prezidentliyinin ikinci dönəminin 100 günlüyü aprelin 29-da tamam olacaq. Həmin gün onun Miçiqan ştatının Makomb dairəsində bayram ovqatlı mitinq keçirməsi planlaşdırılıb. Belə ehtimal edilirdi ki, Tramp 100 günlüyədək Rusiya ilə Ukrayna arasında atəşkəsə də nail olacaq.

Proses başlayanda Moskva elə zənn edirdi ki, Kiyev atəşkəsə razılıq verməyəcək, bununla da Trampın sülhsevər cəhdinin baş tutmamasının məsuliyyəti Ukrayna hakimiyyətinin üzərində qalacaq. Ancaq bu, baş vermədi. Ukrayna atəşkəsə razılıq versə də, Kreml “bilirsiniz”, “ancaq”, “gərək” kimi sözlərlə bu rejimdən boyun qaçırmaq istədiyini gizlədə bilmədi.

Vladimir Putin

Ötən gün ilk dəfə Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılıq vermək istədiklərini açıqlamışdı. Ancaq elə həmin gün gecə saatlarında RF-nin Silahlı Qüvvələri Kiyevə raket hücumu edib. Donald Trampın rusiyalı həmkarını Ukraynaya zərbələri dayandıraraq, sülh sazişi imzalamağa çağırışından sonra bu əməliyyat Moskvanın atəşkəsə, sülhə yanaşmasının nümayişi idi.

Xristianların Pasxa bayramı günlərində tərəflər atəşkəsə nail olub, bu prosesi sonradan uzatmaq cəhdi nəticə vermədi.

Ukrayna Prezidenti Volodimir Zelenski London səfəri öncəsi verdiyi açıqlamada bildirmişdi ki, Kiyev sülhə gətirib çıxara biləcək heç bir formatı istisna etmir: “Biz Ukraynada atəşin dərhal, tam və qeyd-şərtsiz dayandırılmasında israr edirik. Bu il martın 11-də ABŞ-nin irəli sürdüyü tamamilə düzgün təklifdir”.

O, bu şərt daxilində atəşkəsin mümkün olduğunu, Rusiyanın buna razılığı, qətlləri dayandırdığı zaman mümkün olduğunu qeyd edib.

Ukrayna Prezidenti deyib ki, Putin Pasxa bayramında zərbələri azaltmaq istəsəydi, bunu edərdi: “Onlar uzaqmənzilli silahlardan istifadə etməsələr də, başqalarını tətbiq etdilər. Bu, məhz, Pasxada baş verdi. Amma bundan əvvəl və sonra onlar malik olduqları bütün silahlardan yararlandılar”.

Zelenski onu da vurğulayıb ki, Pasxa bayramı zamanı hücumların intensivliyi azalıb və hava həyəcanı olmayıb: “Ukrayna onda "sükut rejiminin" ən azı bir ay uzadılmasını təklif edib”.

Zelenski bildirir ki, ABŞ tərəflər arasında tarazlıq yaratmadan Rusiyanın təcavüzkar olduğunu bəyan etməli və Moskvaya təzyiqi artırmalıdır: “Donald Trampın öz baxışı var və onun bəzi təklifləri Kiyev üçün qəbuledilməzdir".

Rəsmi Kiyev Rusiyaya ərazi güzəşti etmək niyyətində olmadığını vurğulayıb. V.Zelenski bunların Ukrayna Konstitusiyasına zidd olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ilə danışıqlar masasında görüşü Kiyev tərəfindən "böyük kompromis"dir: "Ümid edirik ki, ABŞ Rusiyaya daha çox təzyiq göstərə biləcək və tam atəşkəs təmin ediləcək”.

Ukrayna təhlükəsizliyinə zəmanətçi istəyir. Kiyevə görə, onlar ABŞ və Avropa İttifaqı olmalıdır. Çünki şərtsiz atəşkəs təklifi ABŞ və avropalı tərəfdaşlardan gəlib, Kiyev də onu dəstəkləyib. Bunun üçün tərəflər qarşılıqlı şəkildə atəşkəsə əməl etməyə razılıq verir. Bu zaman Ukraynanın işğal və ilhaq altında olmayan ərazilərinə Rusiya, qarşı tərəf də Rusiya və onun nəzarəti altında olan Ukrayna torpaqlarına zərbə endirmir. Tərəflər buna suda, havada quruda əməl edəcəklərini öhdəlik olaraq üzərlərinə götürürlər.

Beləliklə, atəşkəs Rusiyadan, Vladimir Putinin razılığından asılıdır.

ABŞ Prezident Administrasiyası Ukrayna, Avropadakı müttəfiqləri və Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Qərb blokunun Ukraynaya başlıca təzyiqi ərazi güzəşti etməsi ilə əlaqədardır. Elə aprelin 23-də Londonda ABŞ, Almaniya, Böyük Britaniya və Ukrayna xarici işlər nazirləri görüşünün təxirə salınmasına başlıca səbəb də bu sayılır.

Bu, Donald Trampın sülh planının əsasını təşkil edən məsələlərdən hesab olunur. Volodimir Zelenski isə bununla razılaşmayıb. Qeyd edək ki, layihənin əsas bəndləri arasında Krımın Rusiyaya məxsus olduğunun tanınması yer alır.

Atəşkəsin elan edilməyən başlıca şərti Ukraynanın beynəlxalq səviyyədə, normalara uyğun tanınan ərazi bütövlüyüdür.

Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant"a müsahibəsində deyib: “Orada nə Krımı, nə Donbası, nə Novorossiyanı, hətta hələ də Kiyev nasist rejiminin nəzarətində qalan bir sıra digər əraziləri təmsil etməyən hökumət var. Bu halda Ukraynanın ərazi bütövlüyünü niyə təmin etmək lazımdır?”.

S.Lavorov Ukraynanın ərazi bütövlüyü ilə bağlı sualdan yayınaraq Volodimir Zelenskinin legitim olmadığından bəhs edib: “Məgər Zelenski öz dəstəsi ilə Ukraynanın cənub-şərq əhalisini təmsil edir? Heç vaxt, heç bir halda!".

O, xüsusi vurğu ilə Ukraynanın ərazi bütövlüyünü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəstəklədiyini qeyd edib.

Kasım-Jomart Tokayev

Bu, Moskvanın Ukraynanın ərazi bütövlüyünə münasibətidir.

Trampın sülh planı aprelin 25-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Vladimir Putinin görüşündə də müəyyən aydınlıq gələ bilər.

Odur ki, atəşkəsin baş tutmasına maneələri belə sıralamaq olar:

-Rusiyanın Ukrayna ərazisinə münasibəti;

-İşğal və ilhaq olunmuş torpaqları özününküləşdirməsi, ilhaqı;

-Rusiyanın üstün mövqeyi əldən vermək istəməməsi;

-Moskvanın Kiyevi kapitulyasiyaya məcbur etmək cəhdi;

-ABŞ və Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaları Moskvanın ləğv etdirmək istəyi;

-Zelenskinin prezidentliyinin legitim olmadığının bəhanə gətirilməsi;

- Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyinə ABŞ ilə Avropadakı müttəfiqlərinin fərqli münasibəti;

-ABŞ ilə Avropadakı müttəfiqlərinin Ukraynaya nəzarəti bölməkdə çətinliyi;

-Beynəlxalq ictimaiyyətin məsələyə laqeyd yanaşması;

- Çin, Şimali Koreya, İran tərəfindən Rusiyanın dəstəklənməsi;

-Rusiya ordusunda dövlətlərarası hərbi yardım haqqında müqavilə əsasında hərbçilərin döyüşməsi;

-Müharibəndə işğalçı ilə işğala məruz qalana eyni dərəcədə münasibətin göstərilməsi;

-Böyük Britaniyadan fərqli olaraq, ABŞ-nin Rusiyanı işğalçı olaraq tanımaması;

-Rusiyanı dəstəkləyən açıq və gizli qüvvələrin Ukraynanın ərazi bütövlüyünə hörmətsizliyi;

-BMT nizamnaməsi, beynəlxalq hüququn fəaliyyətsizliyi;

-Rusiyanın Ukraynaya sülhməramlıların yerləşdirilməsinə qarşı çıxması (Moskva iddia edir ki, o zaman dünya müharibəsi başlayar);

-Ukraynadakı müharibəyə görə Rusiyaya yardım edən dövlətlərə sanksiya və ya başqa məhdudlaşdırıcı tədbirlərin görülməməsi.

Bu və başqa amillər atəşkəsin belə tezliklə baş tutmayacağını ehtimal etməyə əsas verir.

Aprelin 9-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada atəşkəslə bağlı məsələni belə şərh etmişdi: “Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil?”.

Odur ki, Vladimir Putinlə Donald Tramp şəxsən görüşsə belə, Ukrayna ilə bağlı sülh planının belə tezliklə reallaşacağı ehtimalı azdır. Bunun üçün şərtlərin ödənməsi vacibdir. Ərazi bütövlüyü vacib şərtdir. Hər iki tərəf isə iddiaçıdır...

Sədrəddin Soltan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:326
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri