“Yaxşı arvad olun ki, əriniz gəzməsin” Ofeliya Şabanova + VİDEO
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Ofeliya Şabanova ailə həyatına dair açıqlaması ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkələrdə yayılan çıxışında həyat yoldaşının ona heç vaxt xəyanət etmədiyini bildirib və bunu “yaxşı arvad” olması ilə əlaqələndirib.
“Bu mənim səhvim idisə, mən bu səhvimi düzəltməli idim. Çünki mənim yoldaşım məni çox sevir, o, mənim müqəddəsimdir. Yaxşı arvadın əri gəzməz! Mən yaxşı arvad olmuşam, ona görə də yoldaşım mənə heç vaxt xəyanət etməyib. Heç vaxt da etməz”, – deyə müğənni vurğulayıb.
Ofeliya Şabanova bəzi qadınlara da səslənib: “Xanımların bəzilərinə deyirəm, yaxşı arvad olun ki, əriniz gəzməsin. Bu mənim imzamdır. Paxıllar bilirsiniz niyə yas tuturlar? "Ofeliyanın ailəsi niyə dağılmadı? Nə oldu bəs Ofeliya deyirdi, yaxşı arvadın əri gəzməz?" deyə. Bəli, yaxşı arvadam, ona görə də kişi mənə xəyanət etmədi!”.
Şabanovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, iki gün əvvəl sənətçinin başına xoşagəlməz hadisə gəlib. “Rəngarəng” verilişinə qonaq olan zaman studiyaya onun həyat yoldaşı Ceyhunun başqa bir qadınla səmimi görüntüləri göndərilib.
Aparıcı Zaur Nəbioğlu həmin görüntüləri Ofeliyaya təqdim edib. Kadrlara baxan sənətçi göz yaşlarını saxlaya bilməyərək efiri tərk edib. Verilişin kulisində isə onun sakitləşməsi üçün yardım göstərilib.
Əsmətxanım Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 12 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















