Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Müğənni Ofeliya Şabanova: Azərbaycan musiqisi komadadır, ayılacağına inanmıram

Müğənni Ofeliya Şabanova: Azərbaycan musiqisi komadadır, ayılacağına inanmıram

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

23 ildir müğənni olaraq fəaliyyət göstərən Ofeliya Şabanova ifa etməyə rayon klublarında, özfəaliyyətdən deyil, el məclislərindən 12 yaşında başlayıb.

Bu barədə müğənni Oxu.Az-a müsahibəsində qeyd edib.

Ofeliya Şabanova Azərbaycanda ilk dəfə 15 yaşında solokonsert verən ifaçı olduğunu söyləyib:

"Balakən rayonunda icra başçının təşəbbüsü ilə solokonsertim olmuşdu. Bu yaxınlarda da 6 bölgə solokonsertim oldu.

Aparıcılarımız bizim sənətimiz haqqında maraqlanmırlar. Çatanda deyirlər ki, saçını neçəyə düzəltmisən, kostyumunun qiyməti nədir? Bizə belə suallar verilir. Bizə savadlı adamlar, oxumuş insanlar, ziyalılar baxırlar. Elə bilirsiniz ki, hər müğənniyə ziyalı baxır? Yox! Mən şadam ki, ziyalılar mənə baxıb qiymət verirlər.

Növbəti solokonsertimiz olacaq. Bu barədə isə öncədən danışmayacağam. Çünki öncədən danışmaq mənə düşmür".

Müğənni Ofeliya Şabanova: "Azərbaycan musiqisi komadadır, ayılacağına inanmıram"

- Ofeliya xanım, bəs siz bu sahədə çalışmaq üçün təhsil almısınızmı?

- Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Fərdi ustadlarım çox olub. Hər zaman deyirəm ki, yeriyən akademiya, muğam bilicisi, tarzən Mehman Mikayılov, Gülyaz Məmmədiva, Xalq artistimiz Samir Cəfərov, Ruzə İbişova və s. bəzi ustadlarımın adı hazırda yadıma düşməyə bilər. Onlardan da fərdi təhsil almışam.

- Ofeliya xanım, müğənni olmaq üçün kimdən ilhamlanıb?

- Mənə "müğənni olmaq" ifadəsi heç vaxt çatmır. Çünki sən müğənni olaraq doğulmalısan. Allah sənə o neməti, istedadı verməlidir. Bir də görürsən gətirirlər ki, mənim uşağımı müğənni elə. Bu söz məni həmişə güldürür. Bu sözü heç vaxt qəbul etmirəm.

- Son günlərdə çıxışlarınızda "bayağı mahnı yoxdur, bayağı ifa tərzi var" deyə fikirlər səsləndirirsiniz. Niyə mahnılarımız bayağı adlandırılır?

- Bu yaxınlarda bizim gözəl sənətkarımız Teymur Əmrahın - hətta sənətkar deməyəcəm, çünki o sənətkar deyil, ustaddır - fikirlərini eşitdim: "Müğənnilər yolu düzgün tutmurlar. Azərbaycanda bayağı mahnı yoxdur, bayağı yol var".

Baxırsan ki, xanımın, kişinin gözəl səsi var, amma tutduğu yola heyfin gəlir. Axı sən Azərbaycanın gözəl bəstəkar mahnılarını ifa edə bilərsən. Əsl Azərbaycan musiqisi, muğamlarını ifa edə bilərsən. Onları da qınamıram. Onların qazancı toylardandır. Mən toya getməsəm də olar, həyat yoldaşımın qazancı yetəri qədər bəs edir.

Baxırsan başsız qadındır, nə etməlidir? Övladını dolandırmalıdır. Amma arada bir əsl sənəti, musiqini ifa etsinlər.

Bayağı mahnıları efirə gətirmək olmaz. Bir çox ölkələr bizə baxıb Azərbaycan muğamlarına həsəd aparırlar.

Bizim "Zəngulə"dən dünyanın heç yerində yoxdur, lakin düzgün dəyərləndirə bilmirik. Bunun günahının kimdə olduğunu bilmirəm.

- Sizin fikrinizcə, Azərbaycan musiqi sənəti qənaətbəxşdir?

- Azərbaycan musiqisi hazırda komadadır. Əsl Azərbaycan musiqisi komadadır, inanmıram ki, ayılar.

Bir də görürsən, efirdə elə ifaçını tərifləyirlər ki, baxırsan bu "A, B" nədir bilmir, musiqidən xəbəri yoxdur. Azərbaycan bəstəkarlarını tanımır. Amma onu görüm-baxım edib deyə tərif edirlər.

Xalq artistini elə təqdim edirlər ki, bayağı ifaçının yanında sönür. Aparıcılar, siz bəlkə də bizim musiqimizi komadan ayılda bilərsiniz. Bizə bir çox ölkələrdən baxırlar. Niyə bizim musiqilərə baxıb gülməlidirlər? Hansı bayağı mahnıya baxırsan, orada özbək ritmi var, amma onlar bizim bəstəkar mahnılarımızdan ötrü ölürlər. Köhnə mahnılarımızı gətirib yeni ifa yaradırlar.

- Nə vaxtsa, müğənni olmaqdan əl çəkməyi düşünürsünüzmü?

- Heç vaxt heç vaxt demirəm. Əgər yoldaşım, deyərsə, kifayətdir. Mən saxlayaram sənəti.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Video: Cavid Mehdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Mart 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri