Icma.az
close
up
RU
“Yaxşı geyinmişdi, inanmadım oğru olar” 276 min manatlıq oğurluq işi

“Yaxşı geyinmişdi, inanmadım oğru olar” 276 min manatlıq oğurluq işi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Bakıda silsilə oğurluqlar etməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Şahid E. A mənzilində olan  oğurluğu marketdən qayıtdıqdan sonra gördüyünü bildirib: "Anamla birlikdə marketdən qayıdırdım. Açarı yerinə salanda elə asanlıqla  fırlandı ki, buna özüm də məəttəl qaldım. Yenə də ürəyimə heç nə gəlmədi, evə daxil olduq. Yağış bütün üst-başımızı islatmışdı. Anam şkafdan quru corab, geyim götürmək üçün otağa keçəndə qəfildən "Aman, allah, bizi talayıblar" deyə çığırdı. Tez içəri qaçıb komoddan  22 000, 8 000 manatlıq boyunbağımın, bilərziyim, 3 000 dollarlıq saatımın, 30-35 000 dollarlıq brilyant komplektimin yoxa çıxdığını gördüm".

Zərərçəkmiş şəxs Ə.E ifadəsində təqsirləndirilən  Aysel Zeynalovanı  tanıdığını bildirib:

"Mən qızıl alıb-satıram, onu da iki ildir müştəri kimi tanıyırdım. Bir gün Aysel yanında bir qadın və kişi ilə gəlib, "Rolex" markalı qızıl bir saat göstərdi, dedi ki, rəfiqəsinin saatıdır. Saatın ortası çökmüşdü. Dəyərləndirdik, satası olmadığını deyib getdilər.  Ondan şübhələnmək ağlıma gəlmədi; yaxşı geyinib-keçinmiş qadından necə şübhələnə bilərdim?"

Növbəti proses 9 fevral 14:30-a təyin olundu.

Xatırladaq ki, 27 yanvar 2025-ci il tarixində Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1 000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.Faktla bağlı hər iki təqsirləndirilən şəxs  Cinayət Məcəlləsinin 177.3.2 ( Oğurluq - küllü miqdarda ziyan vurmaqla törədildikdə) 145.1( Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 180.2.2 ( Soyğunçuluq- təkrar törədildikdə) 180.2.5 (Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Fevral 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri