Icma.az
close
up
RU
Yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim Marko Yankoviç

Yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim Marko Yankoviç

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim" - Marko Yankoviç

“Mən hər şeyə geniş prizmadan baxıram. Klubun sistemi, baş məşqçinin ideyaları və futbolçu keyfiyyəti üst-üstə düşməlidir. Karyeramın ən yaxşı oyunlarını məhz ‘Qarabağ’da keçirdiyimə inanıram”.

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç "Mozzart Sport" portalına açıqlamasında deyib.

Futbolçu bildirib ki, klub onu Monteneqro millisində çıxışları zamanı, xüsusilə Marko Veşoviçi izləyərkən tanıyıb. Yankoviç deyib ki, həmin vaxtdan ‘Qarabağ’ın ciddi sistemi və prinsipləri olan klub olduğunu bilib.

Monteneqrolu yarımmüdafiəçi baş məşqçisi Qurban Qurbanov haqqında isə yüksək fikirlər səsləndirib: “Onun haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da keçir. ‘Qarabağ’ hər kəs üçün olan bir klub deyil, amma Qurban QUrbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.

Nəşr yazıb ki, doğma şəhəri uzun müddət işğal altında olduğu üçün ev oyunlarını Bakıda keçirən “Qarabağ” Avropa matçlarında 30 mindən çox azarkeş toplayır. Yankoviç klubun son illər Avropada populyarlığının xeyli artdığını, lakin daxili çempionatda tribunaların daha boş olduğunu da vurğulayıb.

Marko Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Gələcəyi ilə bağlı isə o, belə deyib: “Ən uzun dövrü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. ‘Qarabağ’dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.

Xatırladaq ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Marko Yankoviçin başqa klublardan təkliflər alması ilə bağlı xəbərlər yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Yanvar 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri