Yaxşı yazan uşaqların sayı çox deyil Məleykə Abbaszadə
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştirak etməyə dəvət edirik.
"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu prosesə cəlb olunacaq şəxslər əvvəlcə müəyyən təlim və kurslardan keçməli olacaqlar: “Bu proses tam açıqdır. Elə yazı işləri var ki, orada işi oxumaq mümkün deyil. Amma biz şikayət əsasında yenə də açıb, təkrar yoxlayırıq. Yazı işlərini yaxşı yazan uşaqların sayı elə də çox deyil. Əksər hallarda apellyasiya müraciəti edən abituriyentlər yazı işlərini açıb oxumadan müraciət edirlər”.
DİM rəhbəri qeyd edib ki, imtahanların nəticələri ilə bağlı apellyasiya müraciətlərinin sayı illərdən bəri müzakirə mövzusudur və bu prosesin şəffaflığına diqqət yetirilir: “Avropanın bir çox ölkələrində apellyasiya müraciətləri ödənişli əsaslarla həyata keçirilsə də, DİM-də bu proses ödənişsizdir. Apellyasiya olunan müraciətlər əsaslandırılmaldır. Gələn ildən sənəd göstərilməyən apellyasiya müraciətlərinə baxılmayacaq. Biz bununla bağlı əvvəlcədən elan verəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 May 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















