Yay aylarında səyahət zamanı bunları yemək tövsiyə olunur
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qastroenteroloq Sergey Vyalov yay aylarında səyahət zamanı qəbul etmək üçün ən uyğun qəlyanaltıların adını açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu haqda "Teleqram" kanalında məlumat verib.
Vyalovun sözlərinə görə, qarpız, armud, kök və şirin bibər kimi məhsullar yay səfərləri üçün ideal seçimdir.
“Bu məhsullar sızmır, soyuducuya ehtiyac duymur, toxluq hissi yaradır və orqanizmi nəmləndirir”, - deyə mütəxəssis bildirib.
O, həmçinin qoz-fındıq və quru meyvələrin də yaxşı qəlyanaltı olduğunu qeyd edib. Bununla belə, onların yüksək kalorili olduğunu vurğulayıb və miqdarda ifrata varmamağı tövsiyə edib.
Mütəxəssis əlavə edib ki, müxtəlif qəlyanaltılar da istifadə oluna bilər, lakin seçim zamanı təbii tərkibli məhsullara üstünlük verilməlidir. Süd məhsulları və salatlar isə yalnız yolda soyutma imkanı olduqda götürülməlidir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 31 İyul 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















