Icma.az
close
up
RU
Yay aylarında yağlı və çox duzlu yeməkləri azaltmaq lazımdır Kardioloqdan tövsiyə

Yay aylarında yağlı və çox duzlu yeməkləri azaltmaq lazımdır Kardioloqdan tövsiyə

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yay mövsümü ürək-damar sağlamlığı üçün həm fürsət, həm də risk dövrüdür. Günəşli havalar aktiv həyat tərzinə şərait yaratsa da, yüksək temperatur ürəyə əlavə yük salaraq bir çox insan üçün təhlükə yarada bilər.

Redaktor.az-a danışan kardioloq Lalə Cəfərova bildirdi ki, isti havalarda ürək-damar sistemi daha həssas olur.

"Bu, dövrdə bəzi qaydalara riayət etmək vacibdir. İlk növbədə, kifayət qədər maye qəbuluna diqqət yetirmək lazımdır. Susuzlaşma qanı daha qatı edir, bu da ürək və damarların işini çətinləşdirir. Lakin qazlı içkilər və ya çox şirin şirələr əvəzinə adi suya üstünlük verilməlidir. İsti günlərdə ağır fiziki işlərdən və günün ən isti saatlarında açıq havada uzun müddət qalmaqdan çəkinmək insanlara məsləhətdir. Çünki bu, ürəyə əlavə yük yaradır və təzyiqin qeyri-sabitləşməsinə səbəb ola bilər. Əgər hərəkət etmək lazımdırsa, daha çox səhər və ya axşam saatları seçilməlidir".

Kardioloq qeyd etdi ki, yay aylarında yağlı və çox duzlu yeməkləri azaltmaq tövsiyə olunur.

"Duz bədəndə artıq mayeni saxlayaraq ürəyə yük gətirir, yağlı qidalar isə damarların vəziyyətini ağırlaşdırır. Daha çox tərəvəz, meyvə və yüngül yeməklər qəbul etmək faydalıdır. Əgər xroniki ürək-damar xəstəliyiniz varsa, dərmanların vaxtında qəbulunu unutmamaq çox önəmlidir. Həmçinin, təzyiqin və nəbzin mütəmadi ölçülməsi vəziyyətin nəzarətdə saxlanmasına kömək edir.

Əgər qəfil başgicəllənmə, tərləmə, ürək döyüntülərinin sürətlənməsi və ya sinədə ağrı hiss edilərsə, dərhal kömək çağırmaq lazımdır. Bu cür simptomlar isti hava fonunda ürək-damar sistemində ciddi pozğunluğun əlaməti ola bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri