“Yay Fest” növbəti unudulmaz görüşə ev sahibliyi edib FOTOLAR
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın ən böyük gənclər festivalı olan və hər il minlərlə gəncin böyük həyəcanla gözlədiyi “Yay Fest” növbəti unudulmaz görüşə ev sahibliyi edib. Festivalın növbəti özəl qonağı tanınmış müğənni İlkin Dövlətov olub.
Adalet.az xəbər verir ki, tTədbir çərçivəsində gənclərlə samimiyyət dolu mühitdə görüşən ifaçı, bir-birindən fərqli mahnıları, səhnə performansı və xoş söhbəti ilə festivala xüsusi rəng qatıb. Gənclərin böyük coşğu və sevgi ilə qarşıladığı İlkin Dövlətov onlarla hisslərini bölüşərək festival enerjisini zirvəyə daşıyıb.
Festival 13 iyul-4 sentyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və İDEA İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.
Qeyd edək ki, festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 İyul 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















