Icma.az
close
up
RU
“Yay Fest 2025” yekunlaşıb

“Yay Fest 2025” yekunlaşıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxının füsunkar təbiətində təşkil olunan ölkənin ən böyük gənclər festivalı “Yay Fest 2025” uğurla başa çatıb.

Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 7-dən avqustun 29-dək davam edən festival respublikanın müxtəlif bölgələrindən olan 2 mindən çox gənci bir araya gətirərək onlara zəngin biliklər, yeni bacarıqlar və dəyərli dostluqlar qazandırıb.

Artıq ənənəyə çevrilmiş və beşinci dəfədir ki, uğurla təşkil edilən gənclərin sevimli festivalı Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Festival çərçivəsində ardıcıl olaraq “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” adlı 8 düşərgə təşkil olunub və hər bir düşərgə gənclərin şəxsi və liderlik bacarıqlarının inkişafına, innovativ düşüncə və yaradıcılıq potensialının gücləndirilməsinə yönəldilib.

Çadır formatında keçirilən festivalın builki əsas məqsədi gənclərə Azərbaycanın milli dəyərlərini, dövlətçilik ənənələrini və suverenlik prinsiplərini, həmçinin vətənpərvərlik ruhunu dərindən aşılamaq, ölkəmizin beynəlxalq təmsilçiliyində gənclərin rolunu artırmaq və gələcəyin liderləri kimi yetişmələrinə təkan vermək olub.

Festival müddətində gənclər üçün interaktiv təlimlər, panel müzakirələr, motivasiyaedici sessiyalar, komanda oyunları, ekoloji təşəbbüslər və idman fəaliyyətləri ilə zənginləşdirilmiş proqram təşkil edilib. Hər bir fəaliyyət iştirakçıların həm şəxsi, həm də peşəkar bacarıqlarını inkişaf etdirərək onların yaradıcılıq və liderlik potensialını artırıb. Xüsusilə vurğulamaq lazımdır ki, düşərgələr zamanı gənclər tarixin canlı şahidlərinin və ekspertlərin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanın müstəqillik və suverenlik yolunda apardığı mübarizəni, diplomatik və tarixi prosesləri daha dərindən mənimsəyiblər.

Eyni zamanda, təbiət qoynunda keçirilən haykinq, müxtəlif master-klasslar, intellektual yarışlar, idman oyunları və digər interaktiv fəaliyyətlər gənclərə əyləncəli və öyrədici təcrübə bəxş edib. Hər günün sonunda təşkil olunan konsert proqramları, istedad müsabiqələri, gənclərin sevimli müğənnilərinin ifaları və ocaq ətrafında səmimi söhbətlər “Yay Fest 2025” i gənclərin yaddaşında unudulmaz və rəngarəng xatirəyə çevirib.

“Yay Fest 2025” bir daha göstərdi ki, Azərbaycanın gücü və sabahı onun gənclərinin enerjisində, zəkasında və vətənpərvərlik ruhunda yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see330

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see318

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see314

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see307

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see305

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see275

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see269

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see231

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see205

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see203

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see200

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see182

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see169

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see166

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see165

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

13 Oktyabr 2026 18:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri