Icma.az
close
up
RU
Yay gəldi, bəs istirahət imkanı varmı? KÜNCDƏN BAXIŞ

Yay gəldi, bəs istirahət imkanı varmı? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Dünyanın bütün sivil ölkələrində insanlar yay tətilində həm öz ölkələrində, həm də xarici ölkələrə səyahət edə bilir, yarım ay, bir ay müddətində istirahət edirlər. Bundan başqa, hər həftəsonu şəhərkənarı təbiət guşələrində qısa müddətli “piknik” adlandırılan istirahət formasından yararlanırlar.

Azərbaycanda bu sahədə bir sıra problemlər var. Əhalinin təminatlı hissəsi öz istirahətlərini həm ölkəmizin gözəl təbiət guşələrində, həm də xarici ölkələrdə keçirirlər. Lakin aztəminatlı hissə bu imkanlardan məhrumdur. Çünki, xarici ölkələr bir yana qalsın, ölkəmizin daxilindəki turizm müəssisələrinin qiymətləri çox yüksəkdir. Bu səbəbdən də sadə bir ailənin belə mərkəzlərdə bircə həftəlik istirahəti üçün belə maliyyə imkanı yoxdur. Bunun üçün ailə başçısı bir neçə aylıq maaşınından keçməlidir.

Sovet dövründə həmkarlar təşkilatları bütün işçilərə növbə ilə putyovkalar təşkil edirdilər və onlar da ölkənin müxtəlif sanatoriyalarında istirahət edir, hətta müalicə alırdılar. Bu gün həmkarlar təşkilatı formal olaraq mövcuddur və belə putyovka almaq mində bir adama nəsib olur.

Belə bir halda yalnız yaxın əraziərdə qısamüddətli istirahət, yəni “piknik” haqda düşünmək olar. Çox təəssüf ki, Bakı ətrafı ərazilərdə təbiət (meşə, çay, göl) olmadığından, şəhərdən 100 km-ə qədər radiusda ərazilər səhralıq olduğundan Bakı sakinləri bu imkandan da məhrumdurlar. Dəniz kənarında yerləşən Bakı bağlarında 1 günlük ev kirayə edib istirahət etmək istəsəniz bir neçə yüz manatınızdan keçməli olacaqsınız. Bu da aztəminatlı təbəqə üçün əlçatan deyil.

Bu halda isə ümid qalır lap balaca istirahətə- yəni şəhər daxilində bir neçə saatlıq “piknik”ə. Bu imkan da ancaq çimərliklərdən və şəhərkənarı bəzi parklardan ibarətdir. Çimərliklərdə qiymətlər o qədər də ucuz deyil və 1 ailənin pullu çimərliyə gedib istirahət etməsi azı 50-100 manata başa gələcək. Pulsuz cəmi bir neçə çimərlik var ki, onlarda da adam əlindən tərpənmək olmur, heç dənizə girməyə belə yer qalmır.

Yaşıllıq sahələri və parklara gəldikdə Bakı və ətrafında bir neçə belə məkan var. İnsanlar evdən bəzi qida məhsulları götürərək orada istirahət edə bilirlər. Lakin bu da pulsuz başa gəlmir. Orada olan bəzi xidmətlərdən istifadə etməli olursan, dayanacaq haqqı ödəyirsən, uşaq bir neçə karuselə minir, sərin bir içki içmək istəyəndə 3 qatına almalı olursan. Adi parklarda atrraksionların qiyməti 2 manatdan başlayır. Əvvəllər 1 manat idi, qiymətin niyə 2 dəfə artmasının izahı hələ də tapılmayıb.

Bakı Zooparkı şəhərimizdə ən yaxşı təbiət güşəsidir. Burada da getdikcə bilet qiymətlərini artırırlar. Təsəvvür edin ki, əvvələr 1-2 manat olan biletin qiyməti indi böyüklər üçün 7 manat, uşaqlar üçün isə 2 manatdır. Uşağın təkbaşına gedə bilməyəcəyini nəzərə alsaq, 1 uşağın Zooparka baxması üçün bilet haqqı 9 manata başa gəlir. Üstəlik, Zooparkın daxilindəki satış nöqtələrində su, şirniyyat və sair məhsullar 3 qat qiymətə satılır. Daxildəki kafedə oturub yemək yemək isə çox baha başa gəlir. Yəni, 50 manatla qurtara bilmirsən.

Mərdəkanda Dendrapark var, amma ora da gedib gəlmək və bir iki xırda xuruş almaq (çay, su, şirniyyat və s) elə 50 manatdan çox pul tələb edir.

Bəziləri dəniz sahilində balıq tutmaqla istirahət etmiş olur. Qalanları isə şənbə-bazar günlərini yaxınlıqdakı çayxanada və həyətdə qonşularla söhbətləşmədə, ya da evdə oturub kinoya filana baxmaqla keçirir. Bizdə kütləvi piknik mədəniyyəti hələ də formalaşmayıb. Çünki nə müvafiq imkanlar var, nə sadə insanlar üçün sərfəlidir.

Mədəni ölkələrdə çox sayda pulsuz belə yerlər təşkil olunur və insanlar həftə sonlarını təbiət qoynunda keçirirlər. Bizdə isə harda təbiət adlı bir yer var, dərhal özəlləşdirilir və yüksək qiymətlərlə xidmət göstərir. Belə bir vəziyyətdə istirahət edə bilməyən insanlarda aqerssivlik artır, stress və yorğunluq halı yüksəlir, iş qabiliyyəti azalır.

Bir çox yerlərdə meşələr, çay və göl kənarları, dəniz sahili müxtəlif şəxslər və müəssisələr tərəfindən tutulub və çəpərlənib. İnsanların vaxtilə pulsuz istirahət etdiyi təbiət guşələrinə girişi məhdudlaşdırılıb. Ölkənin təbii sərvətləri (meşə, gözəl, çay, dəniz, çöl və s) qanunla bütün vətəndaşların birgə mülkiyyətidir və kimsə haranısa zəbt edib vətəndaşları ora buraxmaya bilməz.

Bu məsələlərlə bağlı müvafiq orqanlar tərəfindən ciddi bir iş aparılmalı, qanunun tələbi yerinə yetirilməli və vətəndaşların öz vətənlərinin təbii sərvətlərindən istifadəsinə yaradılan süni maneələr aradan qaldırılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri