Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? QİYMƏTLƏR
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Yeni il bayramını fərqli məkanda qarşılamaq istəyənlər üçün bölgələrdəki istirahət mərkəzləri ən çox seçilən ünvanlardan biridir.
Ailə üzvləri və ya dostları ilə birlikdə bayram ab-havasından zövq almaq istəyənlər bu günlərdə otellərin təklif etdiyi xüsusi proqramlara və istirahət paketlərinə maraq göstərirlər.
AZXEBER.COM 31 dekabr – 1 və 2 yanvar tarixlərini əhatə edən bayram paketlərinin qiymətlərini araşdırıb.
31 dekabr – 1 yanvar tarixləri üçün təkliflər
Şabran Wellbeing Resort – 1490 manatdan
Şabranda yerləşən Şabran Wellbeing Resort Yeni il bayramı münasibətilə qonaqlarına xüsusi istirahət paketi təqdim edir. Oteldə təşkil olunacaq bayram gecəsinin əsas qonağı tanınmış müğənni Miri Yusif olacaq. Dekabrın 31-dən yanvarın 1-dək nəzərdə tutulan bir gecəlik paketin qiyməti iki nəfər üçün 1490 manatdan başlayır.
Basqal Resort & Spa – 1820 manatdan
İsmayıllı rayonunda yerləşən Basqal Resort & Spa da Yeni il bayramı üçün xüsusi proqram hazırlayıb. İstirahət mərkəzində keçiriləcək bayram şousunun əsas qonağı Murad Arif olacaq. İki nəfər üçün nəzərdə tutulan iki gecəlik bayram paketinin qiyməti 1820 manatdan başlayır.
Şahdağ Hotel & SPA – 1550 manatdan
Qış turizminin əsas ünvanlarından biri olan Şahdağda da Yeni il təklifləri diqqət çəkir. Şahdağ Hotel & SPA-da iki nəfər üçün üç gecəlik istirahət paketinin qiyməti 1550 manatdan başlayır. Paketə səhər yeməyi, qala şam yeməyi və SPA xidmətləri daxildir.
31 dekabr – 2 yanvar tarixləri üçün təkliflər
Qafqaz Riverside Hotel – 1677
Qəbələdə yerləşən Qafqaz Riverside Hotel-də iki nəfər üçün iki gecəlik bayram paketinin qiyməti 1677 manat təşkil edir. Paketə oteldə yerləşmə, səhər yeməkləri, Yeni il qala gecəsi və qala şam yeməyi daxildir.
Qafqaz Tufandag Mountain Resort Hotel – 1510 manatdan
Qəbələdə yerləşən digər istirahət mərkəzi Qafqaz Tufandag Mountain Resort Hotel-də iki nəfərlik iki gecəlik paketin qiyməti 1510 manatdan başlayır. Paketə səhər yeməyi və şam yeməyi daxildir.
Marxal Resort & Spa – 1850
Şəkidə yerləşən Marxal Resort & Spa-da iki nəfər üçün iki gecəlik Yeni il paketinin qiyməti 1850 manatdır. Paketə oteldə yerləşmə, səhər və şam yeməkləri, eləcə də Yeni il qala gecəsi daxildir.
Gabala Garden Hotel – 932 manatdan
Qəbələdə yerləşən Gabala Garden Hotel daha münasib qiymətli təkliflərdən biri ilə diqqət çəkir. Oteldə iki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 932 manat təşkil edir.
Garabagh Resort & SPA – 790 manatdan
Yeni il tətili üçün təqdim olunan təkliflər arasında ən aşağı qiymətlərdən biri Garabagh Resort & SPA-ya məxsusdur. İki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 790 manatdır.
Lankaran Springs Wellness Resort – 1500 manatdan
Lənkəranda yerləşən Lankaran Springs Wellness Resort da Yeni il tətilini bölgədə keçirmək istəyənlər üçün xüsusi təkliflər təqdim edir. İki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 1500 manat təşkil edir.
Araşdırmaya əsasən, iki nəfərlik Yeni il istirahət paketlərinin qiyməti 790 manatdan başlayaraq 1820 manatadək dəyişir. Ən münasib təklif Garabagh Resort & SPA-da, ən yüksək qiymətli paket isə Quba Palace Hotel-də qeydə alınıb.
Qeyd edək ki, göstərilən məbləğlər otellərin təqdim etdiyi paketlər üzrə başlanğıc və ya elan edilmiş qiymətlərdir. Rezervasiya zamanı otaq kateqoriyası, əlavə xidmətlər və paketə daxil olan imkanlardan asılı olaraq yekun məbləğ dəyişə bilər.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 17 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















