Icma.az
close
up
RU
Yay meyvələri və allergiya riski: Valideynlər nəyə diqqət etməlidirlər? AÇIQLAMA

Yay meyvələri və allergiya riski: Valideynlər nəyə diqqət etməlidirlər? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Yay mövsümündə uşaqların rasionuna meyvələrin daxil edilməsi həm sağlamlıq, həm də qidalanma baxımından vacibdir. Lakin bəzi mövsümi meyvələr, xüsusilə, çiyələk, şaftalı və qarpız azyaşlı uşaqlarda ciddi allergik reaksiyalara səbəb ola bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-allerqoloq Nərmin Zakirli qeyd etdi ki, yay aylarında birinci yerdə çiyələk, qarpız və şaftalı dayanır. Şaftalıya qarşı yaranan allergik reaksiyalar isə bəzən çox şiddətli və ağır ola bilər. Həkimin sözlərinə görə, uşağın yaşı nə qədər azdırsa, bu reaksiyalar bir o qədər də təhlükəli ola bilər:

"Allergik reaksiyaların içərisində ən birincisi allergik övrə və Kvinke ödemidir. Qeyd etmək istərdim ki, bu cür reaksiya baş verdiyi halda, zaman itirmədən mütləq allerqoloqa və ya həkimə müraciət olunmalıdır ki, vəziyyətin qarşısı tez alınsın. Çünki allergik reaksiyalar nə qədər uzun çəkərsə və davam edərsə, bir o qədər ağırlaşma riski artır",- deyə allerqoloq vurğuladı.

Müsahibimiz qeyd etdi ki, allergiyanın qabaqcadan qarşısını almağın hər hansı effektiv üsulu mövcud deyil:

"Sadəcə olaraq, valideynlərə tövsiyə olunur ki, yay mövsümündə uşaqlara meyvə verərkən ehtiyatlı davransınlar. Məsələn, bu gün uşağa çiyələk, səhər şaftalı, günorta isə qarpız vermək düzgün deyil. Çünki belə hallarda hansı meyvənin allergik reaksiyaya səbəb olduğunu müəyyənləşdirmək çətin olur və nəticədə ağırlaşma baş verə bilər. Ona görə də çiyələyi bu gün verdiksə, sabah şaftalı, birigün isə qarpız verilməlidir. Uşağın rasionuna meyvələr tədricən və ardıcıllıqla əlavə olunmalıdır. Bu halda həm təhlükə azalar, həm də uşaq bütün mövsümi meyvələrdən sağlam şəkildə istifadə edə bilər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri