Icma.az
close
up
RU
Yay təkərləri ilə QARLI YOLLARDA Qış təkərləri məcburi olmalıdırmı?

Yay təkərləri ilə QARLI YOLLARDA Qış təkərləri məcburi olmalıdırmı?

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qış mövsümündə yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri avtomobillərin hava şəraitinə uyğun olmayan təkərlərlə idarə edilməsidir. Bir çox ölkələr bu riski azaltmaq üçün qış təkərlərinin istifadəsini məcburi qaydaya çevirib. Amma Azərbaycanda hələ də qış təkərlərinə ilə bağlı məcburi qanun tətbiq edilmir.
Arqument kimi ölkə ərazisinin böyük hissəsində sərt qış şəraitinin uzunmüddətli olmaması göstərilir. Lakin bu yanaşma Şamaxı, Quba, Qusar, İsmayıllı kimi dağlıq bölgələr üçün kifayət qədər əsaslı görünmür. Nəticə də göz önündə: bayram günlərində bölgələrdə qarlı yollarda onlarla sürücü çıxılmaz vəziyyətdə qaldı, daha bir neçəsi də qəza törətdi. Araşdırılsa bu maşınların əksəriyyəti hələ də yay rejimindən çıxmayıb.
Mövzu ilə əlaqədar avtomobil üzrə ekspert Seymur Nağıyev bildirdi ki, qış aylarında, xüsusən də qarlı-buzlu yollarda baş verən qəzaların əhəmiyyətli hissəsi məhz təkərlərin sürüşməsi ilə bağlıdır.
“Qış təkərlərinə keçilməməsinin əsas səbəblərindən biri laqeydlik, digəri isə iqtisadi amillərlə bağlıdır. Qış təkərləri sürücülər üçün əlavə maliyyə yükü yaradır və bu, xüsusilə aşağı gəlirli əhali arasında arzuolunan deyil. Ancaq qanun oldu-olmadı qış təkərlərinə keçid vətəndaşın özü üçün sərfəlidir. Hər mövsümdə dəyişiklik təkərləri uzunömürlü edəcək. Yalnız yay təkərlərindən istifadə olunsa 2-3 il gedəcək təkər, mütəmadi əvəzləndikcə 5-6 il xidmət edə bilər. İmkansızlığı bəhanə gətirirlər, amma bu doğru yanaşma deyil. Maşın sürürsənsə, bütün bu xərcləri nəzərə almalısan”.
Mütəxəssis diqqətə çatdırdı ki, Rusiyada mövsümə görə qış təkəri olmadan avtomobil idarə edən sürücülər cərimələnir. Oktyabr ayından qış təkərlərinə keçid başlayır, apreldə bitir. Apreldə isə yay təkərlərinə keçid mütləqdir.
Çünki təkərin üzərində olan “şpor”lar asfalt örtüyünə ziyandır.
“Qış təkəri məsələsi təkcə texniki detal deyil, birbaşa ictimai təhlükəsizlik problemidir. Qonşu ölkələrin təcrübəsindən göründüyü kimi, ciddi qaydalar mexanizmi ilə bu sahədə problemi həll etmək mümkündür. Son vəziyyət bir daha göstərdi ki, Azərbaycanda qış təkərlərinə keçidin məcburiyyəti artıq qaçılmazdır”./bizim.media
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri