Qış təkərləri niyə tez köhnəlir?
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Soyuq havalarda qış təkərləri mütləqdir. Ancaq bir çox sürücü bu təkərlərin daha tez köhnəldiyi qənaətindədir.
Redaktor.az-ın məlumatına görə, qış təkərləri daha yumşaq birləşmədən hazırlanır. Aşağı temperaturda belə yumşaqlığını qoruyur, elə buna görə də daha tez köhnəlir. İdeal olaraq, yalnız qar və buzda qış təkərlərindən istifadə etmək daha məqsədəuyğundur.
Sürətli aşınmada təkər materialına əlavə olaraq, avtomobilin asması da rol oynaya bilər. Buna görə də onun vəziyyətini mütəmadi olaraq yoxlamaq lazımdır. Odur ki, ildə bir dəfə avtomobili servisə aparmaq vacibdir.
Həmçinin təkərlərin düzülmə bucaqlarını yoxlamaq və avtomobilin yolda davranışına nəzarət etmək mütləqdir. Təkər yan tərəfə əyilirsə, tıqqıltı səsləri və digər qeyri-adi səslər çıxarırsa, asma ilə bağlı problem ola bilər.
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















