Icma.az
close
up
RU
Yay turizminin inkişafında qarşılaşılan əsas çətinliklər nələrdir? SORĞU

Yay turizminin inkişafında qarşılaşılan əsas çətinliklər nələrdir? SORĞU

Icma.az bildirir, Sia Az portalına istinadən.

Yay gələndə insanlar bir az nəfəs almaq, təbiətlə bir az daha yaxın olmaq, şəhərin səsindən, istilərdən uzaqlaşmaq istəyirlər. Elə bu səbəbdən də yay turizmi həm psixoloji, həm də iqtisadi baxımdan çox vacib dövr sayılır. Azərbaycanda yay aylarında istirahət etmək istəyən insanlar üçün kifayət qədər müxtəlif və maraqlı seçimlər mövcuddur. SİA mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb.

Cavab olaraq bildirilib ki, Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü kimi turizm sənayesində canlanma və turistik səfərlərin artması ilə müşayiət olunur: “Yay aylarında istər daxili turistlər, istərsə də xarici turistlər daha çox təbiət turizmi ilə seçilən ərazilərə səfər etməyə üstünlük verirlər. Bu baxımdan Bakı-Şimal, Bakı-Şimal-qərb, Bakı-Qərb, Bakı-Cənub turizm təhlizləri istiqamətində yerləşən, təbiət turizmi və ekoturizm imkanları ilə seçilən əsas turizm destinasiyaları və həmin istiqamətlərdəki turizm mərkəzləri daha çox turist cəlb edir. Xüsusilə Yaxın Şərq, şimal-şərqi Asiya və Avropa ölkələrindən gələn turistlər daha çox yay aylarında ölkəmizə səfər edirlər.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycana 979 963 nəfər xarici ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur”.

Turizm eksperti Ceyhun Aşurov: “Hal-hazırda Azərbaycanda turizmin inkişafı istiqamətində bir sıra önəmli tədbirlər həyata keçirilir. Xüsusilə, 2016-cı ildə qəbul olunmuş “Turizmin inkişafı üzrə ixtisaslaşmış Strateji Yol Xəritəsi” bu sahədə əsas planlayıcı sənədlərdən biridir. Bundan əlavə, 2022–2026-cı illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı da mövcuddur. Bu proqram çərçivəsində regionlarda turizmin təşviqi, kənd turizminin inkişafı və ümumilikdə yerli turizm potensialının artırılması nəzərdə tutulur.

Dövlət Turizm Agentliyi tərəfindən regionlarda səkkiz yerli idarə yaradılıb. Bu idarələrin məqsədi bölgələrdə turizmin daha fəal təşviqini və inkişafını təmin etməkdir. Pandemiya dövründən sonra isə artıq turizm bazarının bərpa prosesi müşahidə olunur.

Hazırda turizm infrastrukturu daha inkişaf etmiş bölgələrdə turist axını daha yüksəkdir. İnfrastruktur imkanları geniş olan ərazilər aktiv şəkildə turistlər tərəfindən mənimsənilir. Eyni zamanda, ölkədə turizmin müxtəlif növləri inkişaf etdirilir – ekoturizm, çimərlik turizmi, təbiət qoynunda istirahət, dağ yürüşləri (trekking) və s. Bu sahələrdə son dövrlərdə nəzərəçarpacaq canlanma müşahidə edilir.

Azərbaycanda turizmin inkişafı üçün bir sıra istiqamətlərdə addımlar atılır:
• Yeni marşrutlar hazırlanır;
• Turistlərin vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif festivallar təşkil olunur;
• Tanıtım və təbliğat işləri görülür.

Lakin ölkəyə daha çox turist cəlb etmək üçün bəzi əsas məsələlər hələ də ön planda qalır. Viza prosedurlarının sadələşdirilməsi və ya aradan qaldırılması vacib amillərdən biridir. Eyni zamanda, beynəlxalq hava limanlarımızın daha səmərəli işləməsi təmin olunmalıdır.

Bundan əlavə, kadr potensialımızın daim təkmilləşdirilməsi zəruridir ki, gələn turistlərin qarşısında xidmət keyfiyyəti yüksək səviyyədə olsun və müştəri məmnuniyyəti təmin olunsun.

Nəhayət, regionlarda turizm təsərrüfatları daimi olaraq təşviq olunmalı, yeni qonaqlama yerləri, otellər, kənd evləri və alternativ yaşayış məkanlarının sayı artırılmalıdır. Bu addımların davamlı atılması Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin edə bilər”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri