Icma.az
close
up
RU
Yayda 500 mindən çox turist azad olunmuş ərazilərə səfər edib

Yayda 500 mindən çox turist azad olunmuş ərazilərə səfər edib

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 24-də Dövlət Turizm Agentliyinin dəstəyi və Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Xankəndi şəhərində “Turizm sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə” mövzusunda tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qarabağ Universitetinin, həmçinin Xankəndi, Xocalı, Ağdərə, Ağdam və Şuşada fəaliyyət göstərən turizm sənayesi təmsilçiləri və dövlət qurumlarının nümayəndələrinin  iştirak etdiyi tədbirdə çıxış edənlər vurğulayıblar ki, Qarabağın zəngin təbiəti, mədəni və tarixi abidələri bölgədə turizmin geniş inkişafına böyük imkanlar yaradır. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına şərait yaradır.

Artıq bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir.Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onların 20-si Xankəndi şəhərində yerləşir. Dövlətin turizm sektoruna göstərdiyi dəstək nəticəsində bu sahədə yeni obyektlərin sayı gündən-günə artır.

Son aylar bölgəyə həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə  yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.Turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb. “Yolumuz Qarabağa” və “e-Polis” portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər. Qeyd edək ki, tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri ilə panel müzakirəsi təşkil olunub, turizm sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı və bu istiqamətdə dövlət dəstəyi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə  regionun turizm sənayesini təmsil edən şirkət və təşkilatların nümayəndələri fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər, gələcək planlar və təkliflər barədə təqdimatlar ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri