Icma.az
close
up
RU
Yayda azad olunmuş ərazilərə səfər edən turistlərin sayı AÇIQLANDI

Yayda azad olunmuş ərazilərə səfər edən turistlərin sayı AÇIQLANDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Oktyabrın 24-də Dövlət Turizm Agentliyinin dəstəyi və Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Xankəndi şəhərində “Turizm sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə” mövzusunda tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə,  Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qarabağ Universitetinin, həmçinin Xankəndi, Xocalı, Ağdərə, Ağdam və Şuşada fəaliyyət göstərən turizm sənayesi təmsilçiləri və dövlət qurumlarının nümayəndələrinin  iştirak etdiyi tədbirdə çıxış edənlər vurğulayıblar ki, Qarabağın zəngin təbiəti, mədəni və tarixi abidələri bölgədə turizmin geniş inkişafına böyük imkanlar yaradır. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına şərait yaradır. Artıq bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir.Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onların 20-si Xankəndi şəhərində yerləşir. Dövlətin turizm sektoruna göstərdiyi dəstək nəticəsində bu sahədə yeni obyektlərin sayı gündən-günə artır. Son aylar bölgəyə həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə  yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.Turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb. “Yolumuz Qarabağa” və “e-Polis” portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər. Qeyd edək ki, tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri ilə panel müzakirəsi təşkil olunub, turizm sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı və bu istiqamətdə dövlət dəstəyi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə  regionun turizm sənayesini təmsil edən şirkət və təşkilatların nümayəndələri fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər, gələcək planlar və təkliflər barədə təqdimatlar ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri