Icma.az
close
up
RU
Yayda bədən qoxusunu azaldan effektiv üsullar

Yayda bədən qoxusunu azaldan effektiv üsullar

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay aylarında havaların isinməsi ilə tərləmə artır və bu, bir çox insan üçün narahatlıq yaradır. Tərləmək orqanizmin təbii funksiyası olsa da, yaranan xoşagəlməz qoxunun qarşısını almaq mümkündür. Mütəxəssislər bildirirlər ki, bunun üçün təkcə dezodorantdan istifadə etmək kifayət deyil. Gündəlik gigiyena, düzgün qidalanma və bəzi sadə vərdişlər bədən qoxusunu əhəmiyyətli dərəcədə azalda bilər.

"Yeni Sabah" xəbər verir ki, tər qoxusunun əsas səbəbi tərin özü deyil, onun dəridəki bakteriyalarla təmasda olmasıdır. Buna görə də hər gün ən azı bir dəfə duş qəbul etmək, xüsusilə qoltuqaltı nahiyəsini təmiz saxlamaq vacib hesab olunur. Qoltuqaltı tüklərinin mütəmadi təmizlənməsi də bakteriyaların çoxalmasının qarşısını almağa kömək edir.

Mütəxəssislər sabun seçiminin də önəmli olduğunu bildirirlər. Tərkibində çay ağacı yağı və ya kükürd olan təmizləyici vasitələr bakteriyaların sayını azaltmağa kömək edə bilər. Güclü ətirli məhsullar əvəzinə daha sadə tərkibli və dəriyə uyğun sabunlardan istifadə tövsiyə edilir. pizza mizza

Qoxunu aradan qaldırmaq üçün təbii tərkibli dezodorantlardan istifadə də faydalı hesab olunur. Lavanda, kokos yağı və ya çörək sodası tərkibli məhsullar dərini qıcıqlandırmadan xoşagəlməz qoxunun yaranmasının qarşısını almağa kömək edir.

Evdə hazırlana bilən sadə üsullardan biri də yemək sodası və limon suyunun qarışığıdır. Bunun üçün bir çay qaşığı  sodasya bir neçə damcı limon suyu əlavə edilir. Qarışıq duşdan sonra qoltuqaltına çəkilir, təxminən 5 dəqiqə saxlanıldıqdan sonra yuyulur. Ancaq həssas dərisi olan şəxslərə əvvəlcə qarışığı dərinin kiçik bir hissəsində sınaqdan keçirmək məsləhət görülür.

Geyim seçimi də tər qoxusuna təsir edən amillərdəndir. Sintetik parçalar tərin buxarlanmasına mane olur və qoxunun daha tez yaranmasına səbəb olur. İsti havalarda pambıq, kətan və bambuk kimi hava keçirən parçalardan hazırlanmış geyimlərə üstünlük verilməsi, paltarların hər gün dəyişdirilməsi tövsiyə edilir.

Qidalanma da bədən qoxusuna təsir göstərə bilər. Həddindən artıq ədviyyatlı yeməklər, sarımsaq, soğan və emal olunmuş qidalar tər qoxusunu gücləndirir. Gün ərzində kifayət qədər su içmək isə orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir. Cəfəri, nanə kimi bitkilərin də tər qoxusunun azalmasına müsbət təsir göstərdiyi bildirilir.

Həkimlər stressin də həddindən artıq tərləməyə səbəb ola biləcəyini qeyd edirlər. Buna görə də müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, kifayət qədər dincəlmək və stressi idarə etməyə çalışmaq həm ümumi sağlamlıq, həm də bədən qoxusunun azalması baxımından faydalıdır.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 İyul 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri