Icma.az
close
up
RU
Yayda bu mənzillər bahalaşacaq SƏBƏBİ AÇIQLANDI

Yayda bu mənzillər bahalaşacaq SƏBƏBİ AÇIQLANDI

Icma.az bildirir, Olke.az portalına istinadən.

Yay tətili başlasa da, tələbələr kirayə mənzillərdən çıxmağa tələsmirlər. Əvvəlki illərdə tədris ili başa çatan kimi doğma şəhərlərinə və ya rayonlarına qayıdan tələbələr indi kirayədə qaldıqları evləri saxlamağa üstünlük verirlər.

Bəs, niyə tələbələr yay tətilində kirayə mənzilləri təhvil vermir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu bazarda baş verən qiymət artımı ilə bağlıdır.

O deyib ki, tələbələr kirayə mənzilləri təhvil versələr, avqustun sonu, sentyabrın əvvəllərində eyni şəraitə və eyni qiymətə yenisini tapa bilməyəcəklər. Çünki qiymətlər durmadan artır:

“Bu, birinci səbəbdir. İkincisi, yay dövründə mövcud iqtisadi şəraitlə əlaqədar olaraq bir çox tələbə şəhərdə müvəqqəti işlərə düzəlirlər, iş tapıb çalışırlar. Digər tərəfdən, adətən bir mənzildə bir neçə tələbə yaşayır. Onlar kirayə haqqını bölüşdürərək üç ay müddətində də mənzili özlərində saxlayırlar. Bu isə həm bazarda qıtlığın yaranmasına, həm də qiymətlərin artmasına səbəb olur”.

Ekspert vurğulayıb ki, məsələnin psixoloji tərəfləri də var. Onun sözlərinə görə, tələbələr çox vaxt alışdıqları, nəqliyyat əlçatanlığı və infrastruktur baxımından özlərinə uyğun olan kirayə evlərindən könüllü şəkildə imtina etmək istəmirlər:

“Çünki adətən yay dövründə mənzil sahibləri də tələbələrin çıxacağına ümid edərək mülklərini daha yüksək qiymətlərlə yenidən bazara çıxarmaq istəyirlər. Amma tələbə uzun müddət həmin mənzildə qalırsa, uzunmüddətli kirayəçi hüququndan istifadə edərək müqaviləsini eyni şərtlərlə uzada bilir. Hətta bu, mümkün deyilsə, rayonlara getsələr belə, şəhərdəki evlərini boş saxlayaraq avqust-sentyabr aylarında yenidən mənzil axtarışına çıxmamaq variantına üstünlük verirlər”.

V.Orucun fikrincə, yay aylarında işlə yanaşı təcrübə proqramları, müxtəlif kurslar, magistraturaya hazırlıq prosesləri də olur:

“Yəni tələbələrin şəhərdə qalması üçün kifayət qədər əhəmiyyətli səbəblər mövcuddur. Evlərin təhvil verilməməsinin əsas səbəblərindən biri də budur. Öz kvalifikasiya səviyyələrini artırmaq üçün akademik hazırlıqlar və kurslar tələbələr üçün vacibdir. Bu müddətdə onlar təhsildən kənar qalmamaq və digər imkanlardan yararlanmaq üçün şəhərdə qalmağı üstün tuturlar”.

V.Oruc onu da qeyd edib ki, digər tərəfdən, bu hal rayonlarda infrastrukturun şəhərlərlə müqayisədə eyni səviyyədə inkişaf etməməsi ilə də bağlıdır:

“Şəhər həyatına alışan tələbələr üç ay müddətində bundan məhrum olmamaq üçün Bakıda qalırlar. Əyləncə imkanları, ictimai obyektlərin çoxluğu, alışdıqları mühit, dost çevrəsi və ümumilikdə formalaşmış həyat tərzi bu prosesdə mühüm rol oynayır.

Burada ən böyük problemlərdən biri də odur ki, ölkəmizdə, xüsusilə Bakı şəhərində tələbə yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Digər tərəfdən, kirayə mənzil çatışmazlığı tələbələri əllərində olan mənzilləri qoruyub saxlamağa vadar edir. Nəticədə isə bütün bunlar kirayə qiymətlərinin artmasına təsir göstərir”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyun 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri