Icma.az
close
up
RU
Yayda maşının üstünə düşən günəş şüası hansı təhlükələr yaradır? SAHİL USTADAN AÇIQLAMA FOTO

Yayda maşının üstünə düşən günəş şüası hansı təhlükələr yaradır? SAHİL USTADAN AÇIQLAMA FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay aylarında havaların normadan artıq istiləşməsi nəinki insan sağlamlığına, eyni zamanda müxtəlif sahələrə, xüsusilə də nəqliyyat vasitələrinə ciddi təsirlər göstərə bilir.
Avtosfer.az xəbər verir ki, havaların isti keçməsi fonunda sürücülərin ən çox qarşılaşdığı hallardan biri avtomobillərin uzun müddət günəş altında qalmasıdır. Bəzən alış-veriş mərkəzlərinin açıq dayanacaqlarında, bəzən isə evlərin qarşısında yerləşən açıq sahələrdə saxlanılan avtomobillər, günün böyük bir hissəsini birbaşa günəş şüaları altında keçirir. Görünüşcə adi və təbii hesab edilən bu vəziyyət, əslində nəqliyyat vasitələri üçün çoxsaylı texniki və estetik problemlər yarada bilər. Avtomobilin boya örtüyünün solması, salonda plastik və dəri hissələrin çatlaması, mühərrikin soyutma sistemində gərginlik, hətta yanacaq buxarlanması kimi risklər bu prosesin nəticələri sırasındadır. Bəs görəsən, yayda günəş altında uzun müddət qalması nəqliyyat vasitələrinə real olaraq nə qədər zərər verə bilər? 


Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli saytımıza açıqlamasında bildirib ki, yay mövsümündə avtomobili günəşin altında saxlamaq, sadəcə nəqliyyat vasitəsinə deyil, hər hansı bir canlıya və cansız obyektə də ciddi zərər verir.
“Xüsusilə də bu günlərdə temperaturun yüksəldiyi nəzərə alınarsa, sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar. Avtomobilin heç olmasa ön hissəsini, kapot və ön alın şüşəsinə qədər olan sahəsini kölgədə saxlamaq tövsiyə olunur. Ən yaxşısı isə avtomobili zirzəmidə, qarajda və ya günəş şüalarından qorunan başqa bir yerdə saxlamaqdır. Günəşin avtomobilə vurduğu zərərlər dedikdə isə, içəridəki təhlükəli əşyalar - günəşin altında qalan avtomobilin içərisində alışqan, spirtli və qazlı içkilər kimi yanıcı və partlayıcı maddələr – bu, yanğın və ya partlayışa səbəb ola bilər. 
Həmçinin yanacaq çəni də təhlükə yaradar. Günəşin təsirindən yanacaq buxarlanaraq çən içində təzyiq yarada bilər ki, bu da təhlükə mənbəyidir. Boya və xarici hissələrlə bağlı da sürücülər diqqətli olmalıdır. Uzun müddət günəşə məruz qalan avtomobilin boyası solur, cızıqlar daha tez görünməyə başlayır və ümumi görünüş pozulur. 
Qızmar günəşin şüaları faralara da təsir edə bilər. Ön faralar zamanla saralır və gecə işıqvermə gücü azalır. Salondakı hissələrlə bağlı ən vacib məsələlərdən biri də bu hissələrin materialıdır.- Avtomobilin içindəki plastik, şüşə və digər tezalışan, günəşin təsirindən tez müddətdə isinən hissələr qızaraq çatlayır, əyilir və çürüyür. Bu sükan örtüyündən tutmuş, oturacaqlara qədər bütün hissələrə təsir edə bilər.
Günün isti saatlarında avtomobil idarə olunmamalıdır. Günün ən isti saatlarında - 13:00-dan 17:00-a qədər mümkün qədər avtomobil idarə etməmək tövsiyə olunur. Çünki bəzi avtomobillərdə kondisioner olmur və ya işlək vəziyyətdə olmur”. 


Sahil Ağabəyli, həmçinin, qeyd edib ki, hətta kondisioneri olan avtomobillərdə belə, salonun qızması sürücünün diqqətinin yayınmasına, halsızlıq və ya huşun itirilməsinə səbəb ola bilər.
“Təkərlərə xüsusi diqqət yetirilməlidir Təkərlərin yalnız qışda deyil, yayda da dəyişdirilməsi və texniki cəhətdən yoxlanması vacibdir. Çünki Dövlət Yol Polisi də yaxın günlərdə açıqlama verib ki, yay aylarında havanın temperaturu 35-40°C olarsa, asfaltın üzərində bu temperatur 50°C-yə qədər yüksəlir. Bu cür istilərdə köhnə və istifadə müddəti keçmiş təkərlər partlaya bilər və bu da qəzalara səbəb ola bilər”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri